Deputat kəndinin uçuq sökük məktəbində: Burada şagird nə öyrənsin? VİDEO
Icma.az, Bakupost saytına istinadən bildirir.
Milli Məclisin üzvü Razi Nurullayev İmişli rayonunun Kürdmahmudlu kənd məktəbi ilə bağlı paylaşım edib.
Bakupost.az xəbər verir ki, deputat məktəbin acınacaqlı durumuna diqqət çəkib.
Əvvəlcə pedaqoji işçilərin otağını ziyarət edən deputat bir otaqdan həm direktor, həm müavin, həm də müəllimlərin istifadə etdiyinə, eyni zamanda otağın şəraitinin, istiliyinin aşağı səviyyədə olduğuna toxunub:
"Balaca bir kümə...Kürdmahmudlu məktəbi artıq neçə illərdir bərbad olub. Bu şəraitdə keçirilən dərsin necə bir keyfiyyəti olacaq? Müəllimlərin dərs keçmək üçün şəraiti yoxdursa, şagirdə nə öyrədə bilər? Müəllimə burada soyuqdan üşüməmək üçün özü şərait yaratmağa çalışır. Bu toz-torpağın için nə öyrədilə bilər?"
Görüntülərdən məktəbin sinif otaqlarındakı vəziyyətin isə daha acınacaqlı olduğu məlum olur. Sınmış, yazı yazılması mümkün olmayan lövhə, yararsız hala düşmüş döşəmə, köhnə partalar, nəmişlik mənbəyi olan divarlar.
Təhsil ocağının tikintisinə çoxlu pul lazım olduğunu deyən deputat bu yararsız vəziyyətdə olan məktəbin onun öz kəndində yerləşdiyini də xüsusi vurğulayır:
"400-ə qədər məktəb var ki, yenidən qurulmalıdır. Amma ən azından yenisi olmasa da, bunu təmir etmək, dövlət vəsaiti ayırıb normal təchizatla təmin etmək, avadanlıqları təzələmək olardı. Buna nə böyük vəsait lazımdır?
Daha ətraflı videoda:
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 05 Fevral 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















