Deputat: Klassik ixtisaslar artıq tələbatı tam qarşılamır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Müasir dövrün çağırışları və əmək bazarının dinamikası bizdən təhsil sistemində çevik və innovativ yanaşmalar tələb edir.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.
Deputat bildirib ki, elmi və texnoloji tərəqqi sürətlə gedir: “Klassik ixtisaslar artıq tələbatı tam qarşılamır. Bu baxımdan mən təklif edirəm ki, növbəti yeni tədris ilindən etibarən ali məktəblərdə innovativ ixtisasların təşkili və inkişafı məsələsinə diqqət yetirilsin. Bildiyiniz kimi, Azərbaycan artıq yaşıl enerji zonalarına keçid prosesini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaşıl enerji məkanı kimi müəyyən olunub. Bu o deməkdir ki, biz gələcəkdə bu sahədə həm daxili, həm də beynəlxalq əməkdaşlıq baxımından böyük potensiala malikik”.
Fatma Yıldırım qeyd edib ki, yeni çağırışlar yeni ixtisaslar tələb edir: “Buna görə də mən hesab edirəm ki, ali məktəblərdə və ixtisaslaşmış kollec səviyyəsində aşağıdakı yeni ixtisasların tədrisi zəruridir”.
Fatma Yıldırım hesab edir ki, yaşıl enerji strategiyasına uyğun təhsil islahatları aparmadan real inkişaf mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















