Deputat Komedixana dan yazdı: Bütün sahələrində belə olmalıdır
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Komedixana"nı izləyirəm. Kiçik istisnalar xaric çox maraqlı mətn və ifa performansı ilə diqqət çəkir. Əksər hallarda bayağılığa deyil, mənaya gülə bilirsən".
Ölkə.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. O əlavə edib ki, yaxşıları həvəsləndirmək vacibdir:
"Hərdən gülüş epizodlarında özlərini tuta bilməyib gülməkləri də səmimi alınır. Aktyor və rejissor məktəblərinin əsasən tənəzzülə uğradığı bir dönəmdə belə bir aktyor icmasının tamaşaçı qarşısına çıxması sevindiricidir. Fərqli müəlliflər tərəfindən mətn bolluğu yaratsalar, daha çeşitli tamaşalar göstərə bilərlər. Əslində ayrı-ayrı qruplarda, filmlərdə gördüyümüz aktyorlardır, ancaq buradakı birlikdəlikləri xeyli uğurlu alınıb. Yaxşıları həvəsləndirmək vacibdir, səhnəmizdə bayağılığın azalması üçün bunların çoxalması vacibdir. Sənətin bütün sahələrində belə olmalıdır. Kimisə sənətdən məcburi uzaqlaşdırmırsan, ancaq gedişatda öz bayağı performasına müştəri tapmaqda çətinlik çəkir.
Aktyorlara, prodüsser, ssenarist və rejissora uğurlar diləyirəm".
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 03 May 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















