Deputat köməkçiləri sərxoş vəziyyətdə dalaşdılar
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatların iki köməkçisi Bundestaqın inzibati binasında dava salmaqda şübhəli bilinir.
Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri parlamentdəki mənbələrinə istinadən məlumat yayıb.
Hadisə oktyabrın 14-də, çərşənbə günü gecə saatlarında, Berlin şəhərində Reyxstaqın yaxınlığında yerləşən Yakob-Kayzer-Haus binasında baş verib. Bundestaqın bir sıra deputatlarının ofislərinin yerləşdiyi binada yaranan münaqişənin ciddi xarakter aldığı bildirilir.
Nəşrin məlumatına görə, parlament polisi saat 23:20 radələrində hadisəyə müdaxilə edərək davanı dayandırıb. İlkin müəyyənləşdirməyə əsasən, hər iki iştirakçı sərxoş vəziyyətdə olub.
“Der Spiegel” yazır ki, insidentlə bağlı hər iki şəxs barəsində araşdırma aparılır. Parlamentdəki bir neçə mənbə hadisənin baş verdiyini təsdiqləyib.
AfD parlament fraksiyasının nümayəndəsi isə nəşrin sorğusuna cavabında insident barədə məlumatı olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 Oktyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















