Deputat köməkçisi olmaq istədi, pulları getdi Rəsi müavini nə hökm oxundu
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özünü hüquq-mühafizə orqanlarından birinin yüksək vəzifəli əməkdaşı kimi təqdim etməklə dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Balakən Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan N.Xəlilov 4 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İş materiallarından məlum olur ki, N.Xəlilov zərərçəkmişlərdən birinə onu deputat köməkçisi vəzifəsinə düzəldəcəyini vəd edib. Bunun müqabilində ondan 25 000 manat alıb.
N.Xəlilov başqa bir zərərçəkmişi isə hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədi ilə aldadıb. O bu yolla həmin zərərçəkmişin 11 800 manat pulunu ələ keçirib.
Üçüncü zərərçəkmiş isə ona borclu olan şəxslərdən pulunu ala bilmirmiş. N.Xəlilov bu məsələni həll edəcəyini deyib və bunun müqabilində həmin şəxsdən 8700 manat pul alıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Fevral 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















