Deputat körpələr evi və uşaq bağçalarını ziyarət edib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağdaş rayon 13 saylı körpələr evi-uşaq bağçası, Göyçay şəhər Tofiq şirinov adına 5 nömrəli uşaq bağçası və Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasını ziyarət edib.
Newscenter.az xəbər verir ki, görüşlərdə Göyçay və Ağdaş rayonlarının təhsil sektorlarının müdirləri, eləcə də uşaq bağçalarının kollektivi və valideynlər də iştirak ediblər.
M.Əfəndiyev ilk növbədə uşaq bağçalarında mövcud şəraitlə tanış olub, daha sonra çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onların sağlam, xoşbəxt və vətənə layiqli vətəndaş kimi yetişmələrini arzulayıb.

Eyni zamanda, son illər ərzində məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni uşaq bağçalarının tikilməsi və ya əsaslı təmiri ilə bağlı işlərin davam etdirilməsi, inklüziv təhsilin inkişaf etdirilməsi, uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam mühitdə böyüməsinin Azərbaycanın sosial siyasətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb.
Millət vəkili qeyd edib ki, ölkəmizdə uşaqların hüquqlarının etibarlı müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla, gələcəyimizin təminatı olan gənc nəslin hərtərəfli inkişafı üçün bütün zəruri şərait yaradılır. Ölkə rəhbərliyinin bilavasitə nəzarəti ilə bu sahədə həyata keçirilən tədbirlər ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda deputat məktəbəqədər təhsil müəssisələrinin kollektivlərinə gələcək fəaliyyətlərində uğurlar arzu edərək, uşaqlara xoşbəxt, sağlam və firavan həyat arzulayıb. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə hər il böyük sevgi və diqqətlə qeyd olunmasının uşaqlara göstərilən dövlət qayğısının təzahürü olduğu bildirilib.
Görüşlər başa çatdıqdan sonra xatirə şəkli çəkdirilib, iştirakçılar görüşlərin baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildiriblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:İcra başçısı Hacıqabulda körpələr evi uşaq bağçasını ziyarət etdi FOTOLAR
04 Dekabr 2025 15:16
Deputat Pərvanə Vəliyeva şəhid ailəsini ziyarət edib
02 Aprel 2025 22:15
Deputat Tənzilə Rüstəmxanlı TDAV ı ziyarət edib
04 May 2025 12:41
Deputat Goranboyda şəhid ailələrini ziyarət edib FOTOLAR
23 Dekabr 2024 17:02
Deputat İlham Məmmədov Yevlaxda şəhid ailələrini ziyarət edib
26 Aprel 2025 16:01
Baxış sayı:191
Bu xəbər 01 İyun 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















