Icma.az
close
up
RU
Deputat “Məktəbdə...” Cümhuriyyət tarixi barədə şagirdlərə ətraflı məlumat verib

Deputat “Məktəbdə...” Cümhuriyyət tarixi barədə şagirdlərə ətraflı məlumat verib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti görüşü paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə keçirilib.

Qonaq əvvəlcə məktəblə tanış olub, təhsil müəssisəsinin keçdiyi inkişaf yolu barədə məlumatlandırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü ərəfəsində məktəblilərlə görüşən tarix elmləri doktoru professor Anar İsgəndərov Şərqdə ilk demokratik respublika yaratmaq uğrunda mübarizəyə qoşulan insanların əzmkarlığından danışıb, Cümhuriyyət dövründə təhsil sahəsində atılan əhəmiyyətli addımlardan söz açıb, həmin tarixi dövr barədə məktəblilərə ətraflı məlumat verib. Şagirdlərə “Öz Vətənimizin Himnini oxuduğunuz üçün xoşbəxtsiniz”, - deyərək səslənən deputat müstəqil Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsində gələcək nəsillərin üzərinə düşən vəzifələrdən bəhs edib.

Deputat özünün məktəb illəri, gənclik dövrü ilə bağlı xatirələrindən, əldə etdiyi nailiyyətlərdə aldığı təhsilin və qazandığı təcrübələrin rolundan danışıb. Müasir dövrün tələbləri və bu günün məktəbindən, həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, vətənpərvər, intellektual gəncliyin yetişməsində təhsil müəssisələrinin rolundan söz açan Anar İsgəndərov gələcəyə hesablanmış doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlərdən, yad təsirlərdən qorunması yolları barədə şagirdlərə tövsiyələr verib, onları düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri