Icma.az
close
up
RU
Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin hər biri bizim üçün müqəddəs əmanətdir”

Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin hər biri bizim üçün müqəddəs əmanətdir”

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Anım günləri çərçivəsində hər zaman olduğu kimi, bu dəfə də millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə şəhid ailələri ilə görüşlər keçirilib. Deputatın sözlərinə görə, məqsəd yalnız bir anım mərasimi təşkil edib məzarları ziyarət deyil, həm də şəhid ailələrinin qayğı və problemlərini yerindəcə dinləmək, onların yanında olmaqdır.

Deputat Məşhur Məmmədov qeyd edib ki, bu dəfə görüşlər Qarğalıq kəndində və Qarğalıq İnzibati Ərazi Dairəsinə daxil olan Eminli, Xallıcallı, Qədirli və Kürdəbaz kəndlərində baş tutub.
“Bacardığımız qədər çalışırıq ki, daha çox kəndlərdə olaq, daha çox şəhid ailələrilə görüşək. Onların hər biri bizim üçün müqəddəs əmanətdir. Bu ailələrin üzvləri ilə söhbətlər zamanı bir daha şahidi oluruq ki, şəhid valideynləri, həyat yoldaşları, övladları necə böyük qürur və fədakarlıq hissi ilə yaşayırlar. Bu qürur bizim dövlətimizin, millətimizin mənəvi dayağıdır,” – deyə deputat vurğulayıb.

Görüş zamanı şəhid ailələrinin müxtəlif qayğı və arzuları dinlənilib, gündəlik həyatda qarşılaşdıqları sosial və məişət məsələlərinin həlli ilə bağlı qeydlər götürülüb. Millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, belə görüşlər sadəcə formal xarakter daşımır – əksinə, bu, davamlı diqqət və qayğının təzahürüdür.

“Şəhid ailələri ilə görüşlər bizə bir daha xatırladır ki, bu torpaqlarda müstəqil və azad yaşamağımızın əsasında qəhrəman övladlarımızın qanı və fədakarlığı dayanır. Müstəqilliyimiz, azadlığımız, bu gün üzərində yaşadığımız hər qarış torpaq məhz şəhidlərimizin canı bahasına möhkəmlənib,” – deyə millət vəkili bildirib.

Görüşlər zamanı deputat Məşhur Məmmədov, köməkçiləri və yerli icra nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyaraq dərin ehtiramlarını ifadə ediblər. Şəhid məzarları önündə bir daha Azərbaycanın bu günkü qüdrətinin məhz həmin igidlərin qəhrəmanlığı üzərində qurulduğu vurğulanıb.

Deputat bildirib ki, şəhid ailələri ilə görüşlər davamlı xarakter daşıyır və bundan sonra da bu istiqamətdə fəaliyyətlər genişlənəcək:
“Biz hər zaman şəhid ailələrinin yanındayıq. Onların mənəvi dəstəklə yanaşı, sosial rifahının yaxşılaşdırılması da bizim əsas vəzifəmizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında ehtiramla baş əyirik.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri