Icma.az
close
up
RU
Deputat Milli Məclisdə: Aparıcılar polisə, prokurora tapşırıqlar verirlər

Deputat Milli Məclisdə: Aparıcılar polisə, prokurora tapşırıqlar verirlər

Mia.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanda məişət zorakılığı artıq, demək olar ki, qatı cinayətləri üstələyir. Cinsindən, yaşından, mövqeyindən asılı olmayaraq, məişət cinayətinin qarşısı alınmalıdır”.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

“Bu gün bunun ən çox əziyyətini çəkən qadınlar, uşaqlar, qocalardır. Demək olar ki, tez-tez mediada görürük, oğul atanı öldürdü, qardaş bacını öldürdü və sairə. Mətbəxdə mübahisə düşür, əlinə alır baltanı, vurur təpəsinə. Bu zaman 102-yə zəng gedir. Digər tərəfdən uzunmüddətli psixoloji cinayətlər var. Amma informasiya kanallarında bu cinayatlərin qızışdırılmasına dair verilişlər gedir, nəinki bunun sakitləşdirilməsinə.

İnformasiya kanallarında aparıcılar polisə, prokurora tapşırıqlar verirlər. Hüquqi təhsili olmayan, üç qonşunun dediyinə əsasən, aparıcı elə danışır ki, növbəti cinayətə yol açır. Bundan başqa, o verilişdə oturan ekspertlər harada yetişib, harada formalaşıb? Bu, incəsənət oxuyub və o deməkdir ki, insanlara necə yaşamağı öyrətməlidir?!

Digər məsələ, seriallardır. Əvvəllər oğullarımız Koroğluya, Nəbiyə bənzəməyə çalışırdısa, indi seriallardakı kriminal obrazlara, qızlar da Həcərə, Nigara bənzəməyə çalışırdısa, indi müxtəlif obrazlara oxşamağa çalışırlar. Bu, mənəviyyat məsələsidir. Bu problemlərin qarşısı alınmalıdır”, - millət vəkili əlavə edib.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see259

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see192

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see192

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see181

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see171

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see157

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see142

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see136

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see124

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see122

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see121

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see121

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri