Icma.az
close
up
RU
Deputat Nadir Qafarzadənin əməlini təqdir etdi: Doğru və bəyəniləndir

Deputat Nadir Qafarzadənin əməlini təqdir etdi: Doğru və bəyəniləndir

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Millət vəkili Fazil Mustafa müğənni Nadir Qafarzadənin qayınanasının vəfatı ilə bağlı atdığı addımı yüksək qiymətləndirib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl vəfat edən qayınanasının vəsiyyətinə əsasən, ənənəvi yas süfrəsi qurmaq əvəzinə, ehtiyacı olan ailələrə ət paylayıb.

Hurriyyet.az xəbər verir ki, Deputat bu təşəbbüsü müsbət qiymətləndirərək deyib:

"Kimliyindən asılı olmayaraq cəmiyyətimiz üçün faydalı olan əməllərini təqdir etmək lazım. Doğru və bəyənilən hərəkətdir. Başqa formalarda da etmək olar. Yemək hazırladıb tələbə yataqxanasına, uşaq evinə, qocalar evinə göndərmək. Kimsəsiz uşaqlara qayğı göstərən bu cür quruma ehsan göndərmək də bəyənilən hərəkətdir. İnanmıram ki, bizdəki qədər öz həyatını qəlizləşdirən insanlar bolluğu olsun! Bir statistika aparın görəcəksiniz ki, uzaq rayona yas yerinə gedib qayıdarkən qəza nəticəsində dünyasını dəyişən on minlərlə insan olub. Deyək ki, 30 il öncə mobil telefon yox idi, indi kommunikasiya texnologiyası imkan verir ki, üz-üzə telefonda canlı görüntü ilə adamın kədərinə şərik ola biləsən. Bizdə yas mədəniyyəti yoxdur, birbaşa yas mədəniyyətsizliyi var. Sizin vəfat edən şəxsə xərclədiyinizin ona bir aidiyyəti varmı? Qalanlara, yaşayanlara bu xeyirxahlığı etməlisiniz ki, mərhumun ruhu sevinsin. Hələ mənasız şəkildə şöhrətpərəst çoxluğun qəbir daşlarına yatırdığı əhəmiyyətli vəsaiti demirəm. Bəzi yerlərdə yüz-yüz əlli nəfər tapılır ki, bu mənasız adətləri sadələşdirsin. Əlbəttə, bəyənilən addımdır. İsrafçılığın hər növündən uzaqlaşmaq lazımdır".

Fazil Mustafa əlavə edib ki, yas mərasimləri qarın doyuzdurma prosesinə çevrilməməlidir:

"Eləcə də vaxt israfından. Gəl bir stəkan çayını iç, başsağlığı ver get. Yas sahibini də əlavə xərcə, lüzumsuz əziyyətə salma. İmkan ver öz kədərini başqa qayğılarla yüklənmədən yaşasın. Hətta İran kimi öz səfeh adətlərini bizim milli-mənəvi dəyərlər kateqoriyasına soxuşdurmuş və xeyli sayda nadan, mövhumat zümrəsi yaratmış bir ölkədə belə bu cür mürəkkəbləşdirilmiş, vaxt və maddi israfçılıqla dolu yas mərasimləri keçirilmir. Adamlar gəlib məsciddə mərhumun yaxınlarına baş sağlığı verib öz işlərinin dalınca gedirlər. İmkanın çoxdur, Nadir Qafarzadənin nümunəsində yoxsullara, ehtiyacı olanlara fayda ver".

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri