Deputat Nigar Arpadarai COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.
Newscenter.az xəbər verir ki, COP zamanı milli parlamentlər üçün əsas platforma hesab olunan Parlamentlərarası İttifaqın Parlament Görüşü qlobal iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin rolunun gücləndirilməsinə və ortaq həll yollarının müəyyənləşdirilməsinə xidmət edir. Tədbir bu il Braziliya Parlamenti və Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunub.
Nigar Arpadarai tədbir çərçivəsində keçirilən “Milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC-lərin) həyata keçirilməsi üçün parlament fəaliyyətinin gücləndirilməsi” adlı panel müzakirəsində çıxış edib. O, ötən il Bakının ev sahibliyi etdiyi COP29-un nəticələrinin tarixi əhəmiyyəti, eləcə də iqlim dəyişmələri ilə mübarizə mövzusunda parlament fəaliyyətinin gücləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşüb
Süleyman
Bu mövzuda digər xəbərlər:Nigar Arpadarai: COP30 komandası ilə yaxından işləyirik
29 Sentyabr 2025 14:49
Nigar Arpadarai: Azərbaycan COP29 çərçivəsində ədalətli mövqeyini nümayiş etdirib
28 Aprel 2025 14:54
COP29 çərçivəsində keçirilən Parlament Görüşündə MÜHÜM AÇIQLAMALAR
16 Noyabr 2024 16:25
COP29 bununla yadda qaldı NİGAR ARPADARAİ AÇIQLADI
25 Noyabr 2024 14:45
Baxış sayı:36
Bu xəbər 15 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















