Icma.az
close
up
RU
Deputat ödənişsiz hüquqi aksiya keçirib

Deputat ödənişsiz hüquqi aksiya keçirib

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın təşəbbüsü əsasında Milli Məclis ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında qurulmuş əməkdaşlıq çərçivəsində ölkənin müxtəlif regionlarında vətəndaşlar üçün ödənişsiz hüquqi məsləhət və yardım aksiyaları təşkil olunur.

Modern.az xəbər verir ki, bu nəcib təşəbbüsə Milli Məclisin deputatı Mehriban Vəliyeva da qoşularaq Sumqayıt Regional Vəkillər Bürosunun dəstəyi ilə Sumqayıt şəhərində pulsuz hüquqi yardım aksiyası təşkil edib. Aksiya Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahında keçirilib.

Tədbir çərçivəsində deputat Mehriban Vəliyeva və Sumqayıt Regional Vəkillər Bürosunun direktoru Anar Qasımlı hüquqi yardım almaq üçün müraciət edən vətəndaşlarla görüşərək aksiyanın məqsədi və mahiyyəti barədə ətraflı məlumat veriblər.

Deputat Mehriban Vəliyeva çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq bölgələrdə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə hüquqi dəstəyin göstərilməsi dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyəti var və bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.

Daha sonra Sumqayıt Regional Vəkillər Bürosunun peşəkar vəkilləri – Səadət Vəliyeva, Gülnur Qasımlı, Tural Məmmədov və Rüstəm Xələfli tərəfindən vətəndaşlar qəbul edilərək onlara ödənişsiz hüquqi yardım göstərilib. Aksiya zamanı vətəndaşlara hüquqi məsələlərlə bağlı şifahi məsləhətlər verilib, müxtəlif dövlət və digər qurumlara ünvanlanmış yazılı müraciətlər və iddia ərizələri hazırlanıb, eləcə də digər pulsuz hüquqi xidmətlər təqdim olunub.

Qeyd edək ki, aksiya çərçivəsində 20-dən artıq vətəndaş pulsuz hüquqi yardımdan yararlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri