Deputat parlamentdə poçt şöbələrinin bağlanması məsələsini qaldırdı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Rayonlarda poçt məntəqələrinin bağlanması məsələsi ilə bağlı deyim ki, bu poçt məntəqələrində təkcə poçt xidmətləri göstərilmirdi, bu məntəqələrdə eyni zamanda kommunal ödənişlər qəbul olunurdu. İndi bu məntəqələrin bağlanması əhali arasında narazılıq yaradıb."
Modern.az xəbər verir ki, bunu millət vəkili Vasif Qafarov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, poçt məntəqələri bağlanırsa, həmin yerlərdə heç olmasa "Milli Ön" aparatları qoyulsun ki, əhali kommunal və digər ödənişlərini ödəsin.
Maliyyə naziri Samir Şərifov bildirib ki, bununla Mərkəzi Bank ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul idi:
"Şöbələrin fəaliyyətinin səmərəsiz olması nəzərə alınaraq onlara məhdud şəkildə bank xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdı. Bu xidmətlər pul köçürmələri və kommunal xidmətlərin ödənişidir. Biz araşdırıb poçt şöbələri üçün digər mümkün məsələlərə də baxacağıq."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 Noyabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















