Icma.az
close
up
RU
Deputat Pərvanə Vəliyeva COP29 QHT Koalisiyasının iclasında çıxış edib

Deputat Pərvanə Vəliyeva COP29 QHT Koalisiyasının iclasında çıxış edib

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Milli Məclisin deputatı Pərvanə Vəliyeva 100 ölkədən 500-dən çox üzvü olan COP29 QHT Koalisiyasının bu gün keçirilən iclasında çıxış edib.
Newscenter.az xəbər verir ki, görüşdə “İtki və Zərər” Fondunun mexanizmləri müzakirə olunub. Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində fondun tam fəaliyyət göstərməsi üçün mühüm addımlar atılıb:
"Fondun İdarə Heyəti və Dünya Bankı ilə birgə səylər nəticəsində bu ilin sentyabrında Bakıda keçirilən İdarə Heyətinin 3-cü iclası zamanı Fondun İcraçı Direktoru təyin edilib. Bu iclas zamanı fondun fəaliyyətini asanlaşdırmaq üçün bir sıra mühüm sazişlər imzalanıb: Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Müqaviləsi” və “Katiblik Müqaviləsi” və Fondun İdarə Heyəti ilə Fondun evsahibi ölkəsi kimi müəyyən edilmiş Filippin Respublikası arasında “Ev sahibi ölkə Sazişi” də imzalanmışdır.

Bakıda keçirilən COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması ilə əhəmiyyətli bir mərhələ əldə edildi. Bu fond iqlim dəyişikliyinin mənfi təsirlərinə ən həssas olan ölkələrə, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, ən az inkişaf etmiş ölkələrə və Afrika dövlətlərinə maliyyə yardımı göstərmək üçün nəzərdə tutulub. Fondun 2025-ci ildən başlayaraq layihələri maliyyələşdirməyə başlaması gözlənilir".
Deputat qeyd edib ki, bu inkişaf beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə həssas dövlətlərə dəstək vermək öhdəliyini vurğulayır. Lakin burada əsas ideya fondun əlçatanlığı və ən çox təsirlənən və həssas qruplara vaxtında çatmasıdır. O, heç bir yazılı təklifə əsaslanmamalı, fövqəladə hallarda, insanlar ehtiyac duyduqda, vaxtında təmin edilməlidir:
"İtki və Zərər Fondu həssas inkişaf etməkdə olan ölkələrə, xüsusən də ən az İnkişaf Etmiş Ölkələr, İnkişaf etməkdə Olan Kiçik Ada Dövlətləri (SIDS) və iqlim dəyişikliyinin qeyri-mütənasib təsirləri ilə üzləşən digər ölkələrə yardım etmək üçün nəzərdə tutulmuşdur.
Məsələn, bu yaxınlarda, dekabrın 14-də Fransanın Hind okeanı dənizaşırı ərazisi Mayot adasında Çido siklonu nəticəsində onlarla insan həyatını itirdi. Siklon arxipelaqda geniş dağıntılara səbəb oldu, ən azı 14 nəfərin dünyasını dəyişmiş və təxminən 250 nəfər insan yaralanmışdı. İnfrastrukturun zədələnməsi, elektrik və su təchizatının dayandırılması minlərlə insanı işıqsız qoyub.

Mayotun sözügedən Fonddan yardım almaqda çətinlikləri onun unikal siyasi və inzibati statusundan və fondun uyğunluq meyarlarından irəli gəlir. Mayot Fransanın dənizaşırı bölgəsidir. Bu ada Fransanın bir hissəsi kimi inkişaf etmiş ölkənin bir hissəsi hesab olunur (UNFCCC çərçivəsində Əlavə I). Buna görə də Mayot beynəlxalq meyarlara görə, ayrıca inkişaf etməkdə olan ölkə kimi təsnif olunmur".
Pərvanə Vəliyeva onu da diqqətə çatdırıb ki, müstəqil dövlətlərdən fərqli olaraq, Mayot İtki və Zərər Fondu kimi beynəlxalq maliyyələşdirmə mexanizmlərinə birbaşa müraciət etmək üçün suverenliyə malik deyil:
"Hər hansı yardım tələbləri inkişaf etmiş bir ölkə kimi Fransadan keçməlidir.
Bu kontekstdə İtki və Zərər Fondunun yaradılması təkcə maddi zərurət deyil, mənəvi tələbatdır. Bu, iqlim böhranına ən az töhfə vermiş, lakin ən böyük təsirlərə məruz qalan ölkələrdə dayanıqlığın yaradılması və bərpanın dəstəklənməsi istiqamətində mühüm addımdır.
İtki və Zərər Fondu təkcə maliyyə aləti deyil; bu, ortaq iqlim böhran qarşısında qlobal həmrəyliyimizin təzahürüdür.
Görüşdə, həmçinin, 25 dekabr tarixində Aktau yaxınlığında Azərbaycan hava yollarına məxsus təyyarə qəzası ilə bağlı həlak olanlanların xatirəsi 1 dəqiqəlik sükutla anılıb".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri