Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Deputat: Pezeşkian ölkəmizə təşəkkür edir, rəsmiləri isə Bakıya qarşı absurd iddialar səsləndirir

Deputat: Pezeşkian ölkəmizə təşəkkür edir, rəsmiləri isə Bakıya qarşı absurd iddialar səsləndirir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Son zamanlar İran mediasında anti-Azərbaycan ritorikasının yenidən kəskin hal alması regionda təhlükəsizlik arxitekturasına yaxşı heç nə vəd etmir və ilk növbədə İranın özünün maraqları üçün təhdid yaratmaqdadır".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan bütün dünya dövlətləri ilə, o cümlədən İranla münasibətlərini beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağı və ümumbəşəri dəyərlərə sadiq olaraq dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamağı özünün konstitusion niyyətlərindən biri kimi müəyyən edib:

"Ötən dövr ərzində Azərbaycan və İran arasında heç bir halda Bakıdan qaynaqlanmayan səbəblərdən dəfələrlə gərginliklər müşahidə olunsa da, rəsmi Bakının səyləri ilə bir qayda olaraq münasibətlər nizamlanıb və əməkdaşlıq mühitinin dərinləşdirilməsi istiqamətində qəti addımlar atılıb. O cümlədən, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfərindən sonra Bakı və Tehran arasında əlaqələr tam yeni müstəviyə qədəm qoyub, bütövlükdə regionda sülhün, sabitliyin və əməkdaşlıq mühitinin dərinləşməsinə töhfə verə biləcək əlaqələr sisteminə çevrilib.

Lakin, çox təəssüflər olsun ki, ötən dövr ərzində olduğu kimi, hazırda da İranda bir sıra qüvvələr Tehranın Bakı ilə münasibətlərinin istiləşməsində nəinki maraqlı görünmür, üstəlik Azərbaycan-İran münasibətlərinin korlanması və iki ölkə arasında gərginliyin yaranması və dərinləşməsi istiqamətində açıq formada pozuculuq və təxribatçılıq fəaliyyəti ilə məşğuldur. İranda ayrı-ayrı rəsmilərin, o cümlədən hökumətyönümlü mediada geniş meydan verilmiş "ekspertlər"in 12 günlük müharibə zamanı Azərbaycanın guya İsrailə hərbi dəstək verməsi istiqamətində heç bir fakta əsaslanmayan və məqsədli şəkildə tirajlanan təxribatçı bəyanatları göstərməkdədir ki, bu ölkə daxilində Tehran və Bakı arasında münasibətlərin normallaşmasını arzu etməyən qüvvələr hələ də kifayət qədər güclüdür. Qəribədir ki, İranın paytaxt Tehran da daxil olmaqla öz ərazisində İsrailin çoxsaylı İran əleyhinə istifadə olunan obyektlərinin, o cümlədən dron istehsal müəssisələrinin mövcudluğunun aşkara çıxarıldığı bir şəraitdə İran mediası və hökumətyönümlü mütəxəssisləri yenidən ənənəvi ritorikaya qayıdaraq Azərbaycan ərazisində "İsrail baza"ları ovuna çıxıb".

Deputatın sözlərin görə, Azərbaycan öz ərazisindən hər hansı digər dövlətə, o cümlədən cənub qonşumuz İrana qarşı istifadə edilməsinə imkan verməyəcəyini ən ali səviyyədə dəfələrlə bəyan edib və Bakının çoxvektorlu xarici siyasət kursunda bu tezisə birmənalı və imperativ qaydada əməl olunur:

"Sirr deyil ki, zaman-zaman ayrı-ayrı İran rəsmiləri, o cümlədən mərhum prezident İbrahim Rəisi və hazırkı dövlət başçısı Məsud Pezeşkian da Azərbaycana səfərləri çərçivəsində bu məqamı minnətdarlıqla qeyd edib, Azərbaycan Prezidentinə və Azərbaycan xalqına qeyd edilən münasibətə, müvafiq qəti mövqeyə görə təşəkkürlərini çatdırıblar. Bütün bunların fonunda İranda ayrı-ayrı siyasi dairələrin, o cümlədən hökumətyönümlü medianın Azərbaycanın İsrailə hərbi dəstək verməkdə günahlandırması, habelə İsrailin İrana qarşı əməliyyatlarında Azərbaycan ərazilərindən istifadə edilməsinə dair dezinformasiyalar yayması absurd bir situasiya meydana çıxarmaqla bərabər təəssüf və gülüş doğurur. Qeyd edilən böhtançı seqmentə daxil olan siyasilər və media mənsubları başa düşməlidirlər ki, bu ritorika ilk İranın özünün milli maraqları ilə üst-üstə düşmür və Azərbaycanın timsalında günahkar axtarmaqla əslində İranın milli təhlükəsizliyini təhdid edən real təhlükələri gizlətmiş olurlar".

Bəhruz Məhərrəmov bildirib ki, yaxşı olar ki, İran mediası və anti-Azərbaycan mövqeyi ilə canfəşanlıq edən Tehranın düşmən hesab etdiyi dövlətin bu ölkənin ərazisində illərlə necə möhkəmlənməsi, hətta İran əleyhinə silah-sursat istehsal edən müəssisələr qurmasını araşdırsınlar:

"Suriya prezidentinin Azərbaycana səfərinin ardınca da Tehranda ölkəmiz əleyhinə ritorika daha da kəskinləşib, xüsusən Bakının vasitəçiliyi ilə paytaxtımızda baş tutduğu bildirilən Suriya-İsrail danışıqlarının İrana qarşı yönəldiyi iddia olunur. Görünən odur ki, cənub qonşumuzun "sadəlövh" siyasiləri Tehranın Suriyada strateji məğlubiyyətinin də təqsirini özlərində yox, digər qlobal subyektlərdə, o cümlədən Azərbaycanda axtarmağa üstünlük verir".

O vurğulayıb ki, Azərbaycan öz ərazisindən İrana və hər hansı qonşu dövlətə qarşı istifadə edilməsinə imkan vermədiyi kimi öz paytaxtında üçüncü bir dövlətə qarşı ittifaq qurulmasında da maraqlı deyil:

"Əksinə Bakı regionda bir an öncə sülh və sabitliyin bərqərar olunması, BMT məqsədlərinə müvafiq olaraq əməkdaşlıq mühitinin qurulması və dərinləşməsində maraqlıdır. İran və Azərbaycan rəhbərləri arasında son dövrlərdə baş tutmuş görüşlər, o cümlədən baş tutmuş telefon danışıqları zamanı da ölkəmizin tutduğu mövqe cənub qonşumuzun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və ikitərəfli münasibətlərin sağlam əsaslarda inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Belə bir məqamda yaxşı olar ki, aidiyyəti dairələr və İran mediası diqqəti heç bir real əsasa söykənməyən təxribatlara yox, tarixin heç bir dövründə olmadığı qədər geniş imkanlarla qarşı-qarşıya olan Azərbaycan-İran münasibətlərinin hər iki xalqın maraqlarına uyğun dərinləşməsinə yönəldələr".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri