Icma.az
close
up
RU
Deputat polislərin maaşının artırılmasını təklif ETDİ

Deputat polislərin maaşının artırılmasını təklif ETDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Polislərin maaşının artırılmasına ehtiyac var”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

Millət vəkili bildirib ki, Polis Akademiyasının məzunu 22 yaşından başlayaraq, 20 il də xidmət etdikdən sonra 44 yaşında təqaüdə gedə bilər: “Polis mayoru sahə və əməliyyat-axtarış müvəkkilinin əməkhaqqısı 950 manata yaxındır. Gəlin araşdıraq, polislərin tez təqaüdə getməsi daxili işlər orqanlarının fəaliyyətinə necə təsir edir? Hər kəs yaxşı bilir ki, müasir kommunikasiya-informasiya texnologiyaları əsrində daxildə təhlükələr və cinayətkarlığın yeni növlərinə qarşı mübarizə, əvvəlki illərdən daha çox peşəkarlıq tələb edir. Narkotiklərlə bağlı bir cinayətin açılması üçün əvvəlki illərdən 3-4 dəfə çox insan, vaxt və peşəkarlıq resurları tələb olunur.

44-50 yaşında olan polis təqaüdə göndərilirsə, biz onların yerini kimlərə veririk?! Daxili işlər orqanları dövlətin qoruyucu zirehi, ictimai təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm xidmətləri olan qüvvələridir. Hər birimiz 9-18-dək iş rejiminə malikik, lakin polis hər gün 14-16 saatlıq rejimdə xidmət aparır. Qlobal İqlim Sammitinin təhlükəsizliyində bütün dövlət orqanları ilə yanaşı, yol polisindən patrul xidmətinə, sıravidən ali rəis heyətinə qədər hamısı fədakarlıqla çalışır”.

A.Oruc sözügedən maaşları digər ölkələrlə də müqayisə edib: “Müqayisə üçün, Rusiyada polisin orta maaşı bizdən aşağıdır - 680 manat, Ukraynada 511 manat təşkil edir. Lakin nəzərə alaq ki, Rusiyada əhalinin 100 min nəfərinə düşən polis əməkdaşlarının sayı 623, ABŞ-də müvafiq göstərici 256 nəfərdir. Ölkəmizdə müvafiq nisbət sizə məlumdur. ABŞ-də polisin orta aylıq maaşı 11000 manat, Macarıstanda 1700 manat, Yaponiyada 7400 manat təşkil edir. Əlbəttə, belə müqayisələr müxtəlif parametrlərə görə mötəbər, dəqiq indikatorlar deyil. Lakin Vətən müharibəsində şəhid olan, pandemiyada 7\24 rejimində çalışan və hazırkı mürəkkəb regional-beynəlxalq şəraitdə ölkəmizdə konstitusion quruluşu, dövlət-hakimiyyət orqanlarının normal çalışmasını və ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılmasına çox ehtiyac var”.

Maliyyə naziri Samir Şərifov deputatın təklifinə cavab olaraq bildirib ki, gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqlarının artırılması məsələsinə baxılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri