Icma.az
close
up
RU
Deputat: “Prezident İlham Əliyev dünyaya nümunə göstərir”

Deputat: “Prezident İlham Əliyev dünyaya nümunə göstərir”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq - quruculuq işləri daha da genişlənir və nəticədə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. 

Bugünlərdə Ağdərə rayonuna səfər edən Prezident İlham Əliyev rayonun Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb. Sakinlərlə görüşü zamanı ölkə başçısı bildirib ki, rayonun gələcək inkişafı çox parlaq olacaq: 

“İşğalçılar bu ərazidə faktiki olaraq heç bir salamat bina qoymayıblar. Bax, təmir edilmiş bütün bu binalar bu gün dövlət tərəfindən təmir edilib. Ancaq talançılıqla məşğul olublar. 

“Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar. Bu, talançılıqdır, qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. 

Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq. Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq”. 

Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq, quruculuq işləri, sakinlərin işlə təminatı yüksək qiymətləndirilir. 

Millət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi xarakter daşıyır: 

“Elə bir ay, həftə olmur ki, cənab Prezident həmin ərazilərə baş çəkməmiş olsun. İşlərin gedişi ilə tanışlıq, təməlqoyma mərasimləri, vətəndaşlarla görüşlər artıq ənənə şəklini alıb. Bu, əlbəttə ki, yerli sakinlərə olan qayğı və diqqətdən qaynaqlanır. 

Cənab Prezident də hakimiyyətə gəldiyi ilk gündən bildirib ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. O, bu gün dediyi sözü əməli fəaliyyətində təsdiq edir və dünyaya nümunə göstərir. Dövlət başçısının Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə də bu münasibət bir daha özünü aydın göstərdi. Artıq həmin ərazilərdə müasir tipli binalar tikilib, infrastruktur layihələri həyata keçirilib və insanların yaşayışı üçün hər cür şərait yaradılıb.

 Ancaq təəssüflər olsun ki, Ağdərə kimi gözəl bir məkanı erməni işğalçıları son 20 ildə işğal etdikləri müddətdə xarabazara çevirib, filiz yataqlarını vəhşicəsinə istismar edib və çox çirkin bir miras qoyublar. Ölkə rəhbəri də bunu öz çıxışında qeyd etdi ki, ermənilər “Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar: 

“Bu, talançılıqdır, qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq”. Ölkəmizin rəhbəri həmin ərazilərin bərpasının uğurla həyata keçirilməsinə diqqəti cəlb etməklə bərabər, həm də bildirdi ki, yeni yaradılan iş yerlərində ancaq bu bölgədən olan vətəndaşlar işləsinlər. Əlbəttə ki, bu, ölkə rəhbərinin yerli sakinlərə öz qayğı və diqqətinin nümunəsidir”. 

Millət vəkilinin sözlərinə görə, bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm quruculuq, tikinti, abadlıq, bərpa işləri hər bir Azərbaycan vətəndaşını sevindirir: 

“Çünki ölkənin inkişafı üçün iqtisadiyyatın yüksəlişi, vətəndaşların normal həyatı baxımından çox əhəmiyyətlidir və gələcəklə bağlı yüksək nəticələr vəd edir. Azərbaycan Prezidenti də vaxtaşırı yerlərdə olmaqla, işlərin gedişinə nəzarət etməklə, sakinləri qəbul edib onlarla səmərəli görüşlər keçirməklə, gələcək üçün yeni planlar, perspektivlər hazırlayır. Bu görüşlər, irəli sürülən təhlillər gələcək işlərdə özünün aydın ifadəsini tapır. 

Ağdərə görüşü də məhz bu baxımdan əhəmiyyətlidir və Azərbaycanın yüksəlişindən, iqtisadi inkişafından, ölkə rəhbərinin öz vətəndaşına qayğı və diqqətindən xəbər verir. 

Yerlərdə iş yerlərinin yaradılması, infrastrukturun qurulması əlbəttə ki, hər bir ərazinin abadlaşdırılması, gələcək üçün hazırlanması və ölkənin inkişafı baxımından çox vacib və dəyərlidir. Bu, özünü Ağdərə görüşündə bir daha sübut etdi”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: İlham Əliyev Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri