Icma.az
close
up
RU
Deputat: Qarabağdakı planlar necə alt üst edildisə, Zəngəzur dəhlizi də...

Deputat: Qarabağdakı planlar necə alt üst edildisə, Zəngəzur dəhlizi də...

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasıyla İranın əsas rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqqındakı açıqlaması prinsipcə eyni mahiyyətlidirlər. Moskva da, Tehran da bununla bir daha Azərbaycanın yaratdığı geosiyasi reallığın, torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini tam təmin etməsinin onların heç ürəklərindən olmadığını sərgiləyirlər”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinin xiffətini çəkənlərin gözgötürməzlikdən qaynaqlanan bu açıqlamaları üstəlik, sırf cəfəngiyyatdır. “Rusiyanı demirəm. Çünki onun 1994-cü ildə təhlükəsizliyinin təminatını öz üzərinə götürdüyü Ukraynada nələr etdiyini görürük. Dünyada elə bir dövlət varmı ki, Qarabağı Azərbaycanın bir parçası kimi tanımasın. Əgər hətta Ermənistan baş naziri belə "Qarabağ Azərbaycandır" deyirsə, o, necə mübahisəli ərazi ola bilər?

Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizini Ermənistan torpaqlarının ələ keçirilməsi, NATO-nun regiona gətirilməsi, Baydenin bu planı dəstəkləməsi haqda dedikləri də, ölkəsinin guya "heç vaxt indiki qədər güclü və nüfuzlu olmadığı" fikri qədər reallıqdan uzaqdır”, - o qeyd edib.

Deputat daha sonra qeyd edib: “Əgər Zəngəzur dəhlizini açmaqda məqsəd Ermənistan torpaqlarını ələ keçirməkdisə, onda İran Araz dəhlizinə niyə izn verirdi? Axı bu dəhliz də Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında əlaqə yaratmaq üçündür. Bayden adminstrasiyasının Zəngəzur dəhlizini dəstəkləməsinə gəldikdə, burada həqiqət payı həmən Vilayətinin bizim Qarabağı işğaldan qurtarmamıza guya sevindikləriylə bağlı bir vaxtlar səsləndirdiyi açıqlamadakı qədərdir. Əgər İran onun dediyi kimi Zəngəzur dəhlizinin açılmasını, həm də NATO-nun regiona gəlməməsi üçün istəmirsə, onda gözlərini yaxşı açsalar, görərlər ki, həmən NATO artıq buradadır. 

Qaldı İranın heç vaxt indiki qədər güclü və nüfuzlu olmasına, ağayi Vilayətinin güc və nüfuz deyəndə nəyi nəzərdə tutduğunu açığı anlamaq çətindir. Əgər İranın gücü elə aşıb-daşırsa, onda strateji obyektlərini bir-bir, zərgər dəqiqliyi ilə və istədikləri vaxt sıradan çıxaranlara, neçə generallarını, göz bəbəyi kimi qoruduqları evdə ən əziz qonaqlarını məhv edənlərə, Livanda, Suriyada, Yəməndəki proksilərinə ağır zərbə endirənlərə bunu niyə göstərmir? 

Sonda onu deyim ki, bu qəbildən olan açıqlamalarla onu səsləndirənlər qətiyyən dəyişmədiklərini və dəyişməyəcəklərini göstərməkdən başqa çətin nəsə əldə etsinlər. Yəni belə hərəkətlərlə bizi yolumuzdan döndərə bilməyəcəklər. Qarabağın "mübahisəliliyini" təmin üçün ora hərbi kontingent yeridənlərin planları necə alt-üst edildisə, Zəngəzur dəhlizi də o cür açılacaq. Mane olmaq istəyənlər yəqin Azərbaycanın həmən dəhlizin bir neçə kilometrliyində hər cür təyyarənin endiyi iki beynəlxalq hava limanını niyə tikdiyini, onlardan birinin açılışını iki qardaş dövlətin başçısının nədən birgə etdiyini, eyni gündə Laçında keçirilən üçlü Zirvənin və Naxçıvanda yəqin sabah başlayacaq "Sarsılmaz Qardaşlıq-2025", "Mustafa Kamal Atatürk-2025" təlimlərinin nə anlam daşıdığını bilməmiş deyillər”.

Mürtəza

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri