Deputat: Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır.
APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hər gün telekanallarda eşidirik ki, ölkəmizə narkotik gətirənlər aşkar edilir: “Tiryək müharibələri tarixdə həmişə olub, tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir. Bu gün qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır. Bu qonşu ölkənin adını hamımız bilirik. Biz nadir hallarda Gürcüstandan, Rusiyadan, Türkiyədən narkotik keçirilməsinə rast gəlirik. Amma məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotiki bizim başımıza yağdırır”.
Hikmət Babaoğlu qeyd edib ki, ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkilərinin satışıdır: “Buna da hansısa məhdudiyyət gətirməliyik. Bu içkilərdən istifadə edənlərdə 22-25 yaşlarda şəkər xəstəliyi baş qaldırır, tükənmə hissi yaranır. Bu içkiləri içənlərin övladları olmur, bu genefondu qurutmaq üçün istifadə olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 03 Mart 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















