Icma.az
close
up
RU
Deputat: Ramiz Mehdiyev və Əli Kərimlinin siyasi xətti eyni məqsədə xidmət edir

Deputat: Ramiz Mehdiyev və Əli Kərimlinin siyasi xətti eyni məqsədə xidmət edir

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsələr də, onların uzun illər ərzində formalaşdırdıqları siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət edən və bir-birini tamamlayan strategiyalar üzərində qurulub".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Ramiz Mehdiyev uzun illər siyasi sistem daxilində özünəməxsus "paralel" idarəçilik mexanizmi yaratmağa çalışıb:

"O, siyasi prosesləri idarə etmək iddiasında olub və heç kimə sirr deyil ki, müxtəlif üsullardan istifadə etməklə qərarverici strukturlar üzərində nəzarət qurmağa cəhd göstərib. Digər tərəfdən, Əli Kərimli daim institusional siyasi prosesdən kənarda qalaraq radikal ritorika və kütləvi təzyiq taktikasına üstünlük verən xətti ilə tanınıb. Bu iki paralel siyasi xətt əslində strateji səviyyədə bir-birini tamamlayan davranış modelləri ortaya qoyur: hakimiyyətə təsir göstərmək iddiası, siyasi institutlar deyil, şəxsi nüfuz amillərini önə çəkmək, daxili sabitliyi pozmağa yönəlmiş davamlı gərginlik mühiti yaratmaq və xarici regional proseslərdən daxili siyasi təzyiq vasitəsi kimi istifadə etmək. Bu oxşarlıqlar onların fəaliyyətində təsadüfi paralellər deyil, sistemli şəkildə uzlaşan eyni siyasi xəttin nəticəsidir.

Bu mənzərəni göstərən ən sadə nümunələrdən biri Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə AXCP-nin mitinq fəaliyyətinə yaradılan süni "imkan pəncərələri", ictimai rezonansın şişirdilməsi və mitinq iştirakçıları ilə bağlı saxta statistik məlumatların təqdim olunmasıdır".

Deputat əlavə edib ki, vaxtilə gündəmə gətirilən "Qafqaz baharı", Rusiyada yaradılan "Milyarderlər İttifaqı", "Ziyalılar Forumu", "Milli Şura" layihəsi və digər uğursuz təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən antimilli əməkdaşlıq mexanizmlərinin və xəyanətin dayandığını göstərir:

"Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir. Hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir; regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin postkonflikt mərhələsinə keçməsi fonunda Moskvanın bölgədə təsir dairələrini bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal edilir.

Belə şəraitdə, radikal mövqeləri və qeyri-institusional davranış ənənələri ilə tanınan yerli antimilli siyasi aktorların, Rusiyada yaşayan azərbaycanlıların və bəzi diaspora nümayəndələrinin bu prosesdə alətə çevrilməsi real təhlükə kimi qiymətləndirilməlidir. Açıq şəkildə demək lazımdır ki, Ramiz Mehdiyev-Əli Kərimli xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsirlər tərəfindən yönləndirilməsi artıq təkcə siyasi müzakirə mövzusu deyil, bu, dövlət təhlükəsizliyi məsələsidir. Ümid edirik ki, Azərbaycan dövlətinə qarşı xəyanətə cəlb olunan dairənin - o cümlədən Ramiz Mehdiyevə gizli dəstək verən, qapalı şəkildə rəğbət bildirən, xarici dövlətlərin tapşırıqlarını icra etməyə hazır olan və barələrində ciddi kompromat məlumatları mövcud olan şəxslərin kimliyi yaxın zamanda müəyyən ediləcək və onların barəsində hüquqi tədbirlər görüləcək.

Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı çıxan ölkə daxilindəki bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tam legitimdir və həyati əhəmiyyət daşıyır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Noyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri