Deputat Rizvan Nəbiyevin sədrliyi ilə APA nın Büro sessiyası keçirilib
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyevin sədrliyi ilə Bəhreyn Krallığının Manama şəhərində təşkilatın APA-nın Büro sessiyası keçirilib.
Newscenter.az xəbər verir ki, Büro sessiyasında APA-nın sədr ölkəsi qismində Milli Məclisinin nümayəndə heyəti, vitse-prezident ölkələr olan Qətər Dövləti, Bəhreyn Krallığı, İran İslam Respublikası və Rusiya Federasiyasının nümayəndələri, həmçinin APA Baş Katibi iştirak ediblər.
İclasda APA-nın gündəliyində duran əsas məsələlər, o cümlədən Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunması, APA-nın assosiasiya olunmuş mərkəz və institutlarının yaradılması, habelə “Asiya Parlament Assambleyasının Mədəni Mükəmməllik və Parlament Liderliyi üzrə Mükafatı”nın təsis edilməsi və bu mükafat vasitəsilə Asiyada müxtəlifliyin, birliyin və ortaq dəyərlərin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Assambleyanın institusional fəaliyyətinin təkmilləşdirilməsi, Büro sessiyalarının effektivliyi və qəbul edilən qərarların APA-nın ümumi fəaliyyətinə verdiyi töhfələr qeyd olunub.
Qeyd edilib ki, Milli Məclisin sədrliyi ilə APA-nın 7 Büro sessiyaları Manama, Moskva, Məşhəd, Doha şəhərlərində və Beynəlxalq Parlamentlərarası İttifaqın iclasları çərçivəsində Daşkənd və Cenevrə şəhərlərdə keçirilib. Bu iclaslar Assambleya çərçivəsində üzv ölkələr arasında parlament müstəvisində koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Deputat Rizvan Nəbiyevlə könüllülərin görüşü keçirilib FOTO
30 Yanvar 2025 22:01
Deputat Rizvan Nəbiyev Bəhreynə gedəcək
05 Dekabr 2024 16:19
Deputat Rizvan Nəbiyev İraqa gedəcək
09 Yanvar 2025 14:59
Bakıda Azərbaycanın sədrliyi ilə APA nın 15 ci plenar sessiyası işinə başlayır
19 Fevral 2025 09:37
DTX nın saxladığı Namiq Nəbiyevin məhkəməsi başlayır
16 Oktyabr 2025 20:09
Baxış sayı:55
Bu xəbər 25 Yanvar 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















