Icma.az
close
up
RU
Deputat: Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir, bu da ölkənin tanıdılmasına xidmət edir

Deputat: Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir, bu da ölkənin tanıdılmasına xidmət edir

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşonun COP29-la əlaqədar Bakıya gəlişi çoxları tərəfindən müsbət qarşılansa da, müzakirəsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrdə məsələyə fərqli aspektdən yanaşanlar futbolçunun gəlişi üçün xeyli vəsait xərcləndiyini, ona ayrılan pulun sosial sahəyə yönəltmək lazım olduğunu bildiriblər.  

Milli Məclisin deputat Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, bu, insanların mahiyyətcə nə istədiklərini özlərinin də müəyyənləşdirə bilməmələrindən qaynaqlanır. 

“Təbii ki, sosial vəziyyəti ağır, narazı, problemləri olan insanlar bütün sahələrdə belə çağırışlar edirlər. Hətta Ermənistanla müharibə apardığımız dövrdə silah alınanda da kimlərsə deyirdi ki, silaha xərclədiyiniz pulu sosial müadifəyə verərdiniz, yaxud hərəyə 100 manat pul paylayardınız. Məsələyə ümumilikdə dövlət, millət, vətənin təhlükəsizliyi kontekstindən baxılmır. İndi də Ronaldinyonun COP29-a gəlişinə baxış belədir. Dövlətin ümumi maraqları baxımından yanaşılmır. Onlar üçün dövlət ancaq pul paylamaq, ya da vətəndaşın problemlərini həll etmək üçün bir vasitədir. Bizim kimi kiçik dövlətlər həm də beynəlxalq səviyyədə təhlükəsizliyini təmin etmədən öz vətəndaşına yönəlik bütün öhdəlikləri yerinə yetirmək imkanına sahib olmur. Bir çox hallarda  dünyada dövlətlər terrorizmlə mübarizəyə də pul xərcləməlidir, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında humanitar fəaliyyətdə iştirak edən dövlət kimi hansısa ölkələrə donor olaraq dəstək də verməlidir. Zəlzələ olubsa, humanitar aksiya varsa, bu aksiyada da iştirak etməlidir. Onda hansısa təbii fəlakət nəticəsində qardaş, yaxın ölkələrə yardım əli uzadırıqsa, ərzaq yardımı göstəririksə, həmin insanlar deməlidirlər ki, o yardımı da bizə paylayın? Yəni bu, məntiqlə anlaşılan deyil. İndi dünya şöhrətli bir futbolçunun ölkəyə gəlişi ilə onu təqib edən insanların ölkə haqqında təsəvvürləri formalaşır, ölkəyə gəlmək istəkləri yaranır. Bu, turizm potensialının inkişafı baxımından olduqca vacibdir. Dünyada turizmə milyonlarla pul xərclənir. Hansısa beynəlxlaq kanalda, təbii ki, pul verib reklam yerləşdirirsən. Onda deyilməlidir ki, reklama pul verincə o pulu bizə xərcləyin, sosial təminatımızı həyata keçirin? Dövlət bunu da etməlidir. Sosial müdafiə ilə bağlı xərclər ilbəil artırılır. Müəyyən çatışmazlıqlar da var, yetərli deyil. Bununla belə, dövlətin öz imicini düşünərək addımlar atmasını sağlam düşüncəli vətəndaş heç vaxt qınaqla qarşılamaz. Bu, olduqca önəmlidir. Biz həm Rusiya ilə normal münasibət saxlayırıq, həm də Ukraynaya humanitar yardım edirik. Kimsə deyə bilər ki, Rusiya ilə münasibəti kəsin, ancaq Ukraynaya yardım edin. Dövlətin taleyini bu rəylə çözmək olmaz. Dövlət öz işinə baxmalıdır. İmici, təbliğatı üçün faydalı olan nə varsa, onu hər zaman gündəmdə saxlamalıdır. Belə məsələlərdə elə addımlar atmalıyıq ki, xüsusi olaraq qaralama kampaniyasını həyata keçirənlərin niyyəti baş tutmasın. Bilirəm ki, çox adam sevinir ki, sosial şəbəkədə COP29-u boykot etdi. Bəlkə, elə bilirlər ki, COP29-u boykot etmək kimlərinsə azadlığa çıxmasının bir əsası olacaq? Boykot edənin öz marağı var. Məsələn, Norveç neft ölkəsi kimi rəqabət halındadır. Azərbaycanın boykot olunması onun üçün faydalıdır. Fransanın da erməni marağı var, buna görə də boykot etməlidir ki, ermənilərin arzuladıqları auranı yarada bilsin. Ermənistan COP29-a gəlmədi. Bunun səbəbi sonradan aydın olar. Ermənistan istəmir ki, Azərbaycan iqlim dəyişikləri ilə bağlı dünya səviyyəli tədbirə ev sahibliyi etsin. Axı bu həm də Azərbaycanın nüfuzudur. BMT-nin baş katibi gəlib Azərbaycanda çıxış edir. Dünyanın əksər ölkələrinin dövlət başçıları, hökumət nümayəndələri Bakıda mövqe sərgiləyirlər. Bunun Ermənistana nə faydası ola bilər? Əksinə, Ermənistan üçün bu, dövlət olaraq Azərbaycanda avantajı itirmək deməkdir”, - o bildirib. 

F.Mustafa deyib ki, Azərbaycan cəmiyyətində Ermənistanın düşündüyü kimi düşünən bir kəsim var: “Düşünürlər ki, ölkənin imicinə, reytinqinə - heç nəyə ehtiyac yoxdur. Ancaq deyirlər, “yol bağlıdır, mən gedə bilmirəm...” Başa düşürük, yolun açıq olmasını hamı istəyir. Axı iki-üç günlük çətinlikdir. Müharibə olub, hamımız müharibənin qürurunu yaşayırıq. Müharibənin acısını yaşayan 2-3 min ailə var. Övladı qazi, şəhid olmuş ailə. Baxsan, bunu deyənlər heç şəhidə diqqət yetirmir, acısını yaşamır, ancaq qarınlarını düşünürlər. Onda necə edək? Vətəni azad etmək ancaq şəhidin borcudur? Yüzlərlə adam övladını hərbi əməliyyatdan gizlətdi. Müəyyən adamlar tamamilə kənara çəkildi. Yüzlərlə iş adamı isə ərzaq, əsgərə paltar daşıdı. Mühakiməni daha çox kimin üzərində qurmalıyıq? Bu Vətənin, dövlətin mahiyyətini anlayanlar üzərində. Anlamayana onsuz da yükdür. Ağzını açıb deyir ki, mədəmi doldur. Heç bir fədəkarlıq etmirəm, fayda vermirəm, iş görmürəm, amma məni yaşatmalısan, bu, dövlət olaraq borcundur. Bu sanki 6-7 uşaq doğub, amma sabah bu uşaqları necə yaşadacaqları barədə düşünməyən bir ailə modelinə bənzəyir. Sonra da hamısı deyir ki, bu uşaqları yaşatmalısan. Birinci növbədə özünü qabiliyyətinə görə işlə təmin etməli, fədəkarlıq göstərməlisən ki, sabah ailəni ayaqda tuta biləsən. Hər bir işin məsuliyyət tərəfi var. Təəssüf ki, bizdə məsuliyyət tərəfi düşünülmədiyinə görə insanlar deyirlər, “Ronaldinyo gəlib”. Nə olsun? Bir Ronaldinyonun gəlişi gələcəkdə 10 min turistin Azərbaycana gəlişi deməkdir. Bu isə Azərbaycan büdcəsinə vəsait daxil olması, Azərbaycanın reklamı deməkdir. Hər şey dolayı yolla bir-biri ilə əlaqəlidir. Məsələn, bir Məsud Özilin gəlişi Azərbaycanda uşaqlarda futbolla bağlı böyük motivasiya yaratdı. Təbii ki, özümüzdə bunu əngəlləyən, inkişaf etməyə qoymayan amillər, yerində olmayan adamların idarəçiliyi var. Bu heç. Axı biz çalışmalıyıq ki, Azərbaycan insanı stimullaşdırıcı variantların hamısından istifadə edə bilsin, dövlətin də maraqlarını unutmasın”. 

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri