Icma.az
close
up
RU
Deputat: Rusiya strateji müttəfiqlik haqqında sənədə uyğun addım atmalı idi

Deputat: Rusiya strateji müttəfiqlik haqqında sənədə uyğun addım atmalı idi

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Cənab Prezidentin Moskvaya səfər etməyəcəyi ilə bağlı müxtəlif informasiya agentliklərində, rəsmi mənbələrdə məlumata rast gəlmişik. Səbəb konkret olaraq göstərilməsə də, qərar verilən zaman bütün məsələlər nəzərdən keçirilir. Son zamanlar Rusiya ilə Azərbaycan münasibətlərində müəyyən meyillər özünü biruzə verməkdədir. Bu meyillər xüsusilə siyasi müstəvidə təmsil olunan bəzi anti-Azərbaycan mövqeyində olanların istifadə etdiyi normativlər üzərində qurulur.  İkitərəfli münasibətlərdə çox saylı suallar var".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. 
Deputat bildirib ki, suallardan biri bilavasitə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin raket zərbəsindən sonra Aktauya yaxın hava limanında düşməsi ilə bağlıdır:
"Rusiya istintaq tədbirlərinin getdiyini bəyan etsə də, nəticələr haqqında indiyə qədər açıqlama yoxdur. Halbuki fevral ayında artıq Qazaxıstan ilkin, qərəzsiz nəticələri açıqlamışdı. Açıq-aydın bəlli olurdu ki, Azərbaycana məxsus təyyarə Qroznı üzərində raketlə vurulub. Qəlpələr isə təyyarənin göyərtəsində rahatlıqla aşkar edilirdi. Rusiya tərəfi bildirdi ki, bu, ilkin hesabatdır və yekun nəticəni gözləmək lazımdır. Həmin vaxta qədər dövlət səviyyəsində hər hansı addımın atılmasına şahid deyilik".
Deputat qeyd edib ki, 2022-ci il fevral ayının 22-də Rusiya ilə strateji müttəfiq qarşılıqlı əlaqə barədə bəyannamə imzalamışıqsa, ən azından müttəfiqlik xarakterinə uyğun olan sənədin fəlsəfəsinə uyğun olaraq Rusiya tərəfi məsələyə dərhal reaksiya verməli idi:
"Əksinə, fevral ayında Azərbaycana qarşı kiberhücumlar oldu. Milli Məclisdə xarici müdaxilələr və hibrid hücumlarla bağlı komissiya fəaliyyət göstərir. Bu komissiyanın dərc elədiyi hesabatdan aydın olur ki, hücumlar Rusiyanın müəyyən dairələrinə yaxın olan siyasi qruplar tərəfindən edilib.  Milli Məclisin deputatı Azər Badamovun ölkə ərazisinə buraxılmaması maraqlı gedişata səbəb oldu. 17 gün öncə həmin ölkəyə səfər edən bir şəxsin daha sonra ölkəyə buraxılmadı. Əgər bu bilavasitə Valuyevin cavabının Azər Badamov tərəfindən verilməməsi ilə bağlıdırsa, nə üçün may ayında belə qərar verilib? Halbuki, həmin hadisə fevral ayında baş verib. Bütün bunlar göstərir ki, bəzi məsələlər mütləq araşdırılmalı, mövqe bildirilməlidir. Bu kimi hallar münasibətlərin müxtəlif müstəvilərdə inkişaf etdirilməsi üçün əngəl yaratmamalıdır. Rusiya daha konstruktiv addımlar atmaqla Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün şərait yaratmalıdır. Bu gün Azərbaycan prosesi uğurla həyata keçirir, lakin, qonşu dövlətlər də buna əməl etməlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri