Deputat: Rusiya təhdid olarsa, Britaniya ərazisinə qabaqlayıcı zərbə endirə bilər
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Rusiya təhdid olarsa, Böyük Britaniya ərazisinə qabaqlayıcı zərbə endirə bilər.
APA xəbər verir ki, bu xəbərdarlığı NEWS.ru-ya müsahibəsində Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik edib.
O qeyd edib ki, Rusiyanın tez və sarsıdıcı cavab vermək üçün hər cür imkanı var.
Kolesnik xatırladıb ki, Moskva onun gücünü sınamağa cəhd edənlərə dəfələrlə cavab verib.
"Əgər Britaniya Rusiyaya qarşı güc tətbiq etsə, Rusiya Federasiyası buna cavab olaraq güc tətbiq edəcək və bunu müharibə dövrünün qanunlarına uyğun olaraq edəcək. Cavab çox gecikməyəcək, bəlkə də qabaqlayıcı olacaq - bizim raketlərimiz daha sürətlidir. Rusiya heç bir halda özünü incitməyə imkan verməyəcək, ona görə də böyük britaniyalılar narahat olsunlar", - rusiyalı parlamentari vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hiliy NATO-nun yaranan təhdidlərə qətiyyətlə reaksiya verdiyini və “Tayfun” qırıcılarının Şimali Atlantika Alyansının hava məkanına düşən Rusiya PUA-larını vurmağa hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















