Deputat şagirdlər üçün Tibb Universitetinə səfər təşkil edilib
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Abşeron rayonunun Qobu və Güzdək qəsəbələrinin məktəbliləri üçün Azərbaycan Tibb Universitetinə maarifləndirici səfər təşkil edilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.
Deputat bildirib ki, səfərin əsas məqsədi şagirdlərin ali təhsil mühiti ilə yaxından tanışlığını təmin etmək, onların gələcək ixtisas seçiminə dəstək göstərmək və xüsusilə tibb sahəsinə marağı artırmaqdır.
İnfotur zamanı şagirdlər universitetin tədris korpusları, laboratoriyaları və muzeyləri ilə tanış oldular. Onlara tibb ixtisasları, təhsil prosesi, tələbə həyatı və akademik imkanlar barədə ətraflı məlumat verildi. Müasir tibbin inkişaf istiqamətləri, innovativ yanaşmalar və gələcək perspektivlər barədə təqdimatlar böyük maraqla qarşılandı.
Şagirdlər, eyni zamanda, tibb sahəsində karyera imkanları, rezidentura mərhələsi və beynəlxalq əməkdaşlıq proqramları haqqında məlumat əldə etdilər.
Belə maarifləndirici təşəbbüslər şagirdlərin dünyagörüşünün genişlənməsinə və peşə seçimində düzgün qərar vermələrinə mühüm töhfədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 04 Mart 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















