Deputat Samir Vəliyev NATO PA nın 107 ci Roz Rot seminarında iştirak edib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
14-15 iyul 2025-ci il tarixlərində Belçikanın Brüssel şəhərində NATO Parlament Assambleyasının “Aİ-NATO Əməkdaşlığı: Mühim Tərəfdaşlıq və Demokratik Dayanıqlılıq” mövzusunda 107-ci Roz-Rot seminarı keçirilib.
Seminar Avropa Parlamenti ilə tərəfdaşlıq çərçivəsində və Təhlükəsizlik Sektoru İdarəçiliyi üzrə Cenevrə Mərkəzinin (DCAF) və İsveçrə Müdafiə, Mülki Müdafiə və İdman üzrə Federal Departamentinin dəstəyi ilə təşkil olunub.

Newscenter.az xəbər verir ki, seminarda Azərbaycanı Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətinin üzvü Samir Vəliyev təmsil edib.

Tədbirdə NATO-nun müttəfiq və tərəfdaş dövlətlərindən olan parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatları və aparıcı tədqiqat mərkəzlərinin ekspertləri daxil olmaqla yüzə yaxın iştirakçı bir araya gəlib.

Seminar çərçivəsində iştirakçılar hibrid təhdidlərə qarşı birgə mübarizə, demokratik institutların dayanıqlığının möhkəmləndirilməsi və Aİ ilə NATO arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Süleyman
Bu mövzuda digər xəbərlər:Deputat Samir Vəliyev vətəndaş qəbulu keçirib
09 May 2025 15:55
Deputat Samir Vəliyev vətəndaşlarla görüşdü FOTOLAR
08 Yanvar 2025 12:03
Deputat Samir Vəliyev seçici müraciətlərini dinləyib
20 İyun 2025 14:33
Deputat Samir Vəliyev növbəti vətəndaş qəbulu keçiribFOTOLAR
05 Dekabr 2024 15:22
Baxış sayı:84
Bu xəbər 16 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















