Deputat seçiləndən sonra dostlarımın sayı artıb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Azər Allahverənov: "Həyatın bizə verdiyi dərslərdən nəticə çıxarmalı bacarmalıyıq"
Newscenter.az saytının ənənəvi “İşdən sonra” rubrikamızın bu dəfəki qonağı Milli Məclisin deputatı Azər Allahverənovdur. Millət vəkili ilə müsahibəni təqdim edirik.
-Azər müəllim, adətən iş gününüz planlı şəkildə olur? Yəni, sabahkı iş gününü bir gündən əvvəl planlaşdırırsınız, yoxsa işləri zaman axarına buraxırsınız?
-Bizim çox sıx iş qrafikimiz var və bu iş qrafiki bir neçə istiqamətlərdə həyata keçirilən fəaliyyətləri özündə ehtiva edir. Bunlar Milli Məclisin plenar və komitə iclaslarında iştirak, qanun layihələrinin müzakirəsi və hazırlanması zamanı mövqelərin ortaya qoyulması, təklifərlə çıxış edilməsi, vətəndaşlar, xüsusilə də təmsil etdiyimiz seçki dairəsinin seçicilərinin müraciətlərini dinləmək, onlar əsasında aidiyyati qurumlara müvafiq sorğuların göndərilməsi və.s. dən ibarətdir. Bu, kifayət qədər çoxşaxəli fəaliyyətdir. Eyni zamanda informasiya sahəsində media ilə çox sıx şəkildə işləyir, televiziya kanalları, informasiya vasitələrinin sorğularını cavablandırır, yerli və beynəlxalq səviyyədə müxtəlif tədbirlərdə iştirak edirik.

Bütün bunlar demək olar ki, bizim gündəlik həyata keçirdiyimiz işlərdir. Bu işlərin uğurlu şəkildə alınması və nəticələnməsi üçün onların düzgün şəkildə planlaşdırılmasına ehtiyac var. Ona görə də adətən iş qrafikimi bir çox hallarda bir gün deyil, hətta bir həftə əvvəldən müəyyən edirəm. Sizə müsahibə verdiyim dəqiqələrdə artıq noyabrın 22-dən sonra keçirəcəyimiz görüşlər barədə razılaşmalar əldə etmişik. Dediyim kimi burada bir gün deyil, ən azı bir həftəlik iş qrafikinin müəyyən olunmasından söhbət gedir. Təbii ki, bəzən fors-major vəziyyətlər yaranır və yeni bir görüş, fəaliyyət meydana çıxır ki, orada bizim iştirakımız mütləq olur. O zaman iş qrafikimizdə müəyyən korrektlərin edilməsinə zərurət yaranır. Ümumiyyətlə götürəndə düşünürəm ki, prioritetlik önəmli məsələdir və bir deputat kimi üzərimizdə olan vəzifələr var. Həmin vəzifələrin xüsusiyyətindən irəli gələrək həyata keçirilən fəaliyyətlər prioritet üzrə bölüşdürülür. Bunun əsasında da biz öz iş qrafikimizi müəyyənləşdiririk.
-Gün ərzində işləriniz çox olur? Gərgin iş rejimində çalışırsınız, yoxsa normal?

-Gün ərzində kifayət qədər gərgin iş rejimində oluruq. Hər gün vətəndaş müraciətləri olur ki, həmin müraciətlərə uyğun olaraq zəruri addımlar atırıq. Yuxarıda qeyd etdiyim kimi informasiya sahəsində media ilə çox sıx işləyirik. Çalışırıq ki, media qurumları tərəfindən ünvanlanan sualları cavabsız qoymayaq. Ayrı-ayrı televiziya kanallarında, efirlərdə xalqımızı narahat edən, eləcə də ölkənin daxili və xarici siyasəti ilə bağlı aktual olan məsələlərlə əlaqədar geniş şərhlər veririk. Paralel olaraq hər gün bizim tədbirlərimiz olur və həmin tədbirlər fəaliyyətimiz, təmsil olunduğumuz komitələrlə əlaqəlidir. Məsələn, mən Milli Məclisin iki komitəsində təmsil olunuram. Bunlardan biri insan hüquqları, digəri isə ictimai birliklər və dini qurumlarla əlaqədar komitələrdir. Hər iki istiqamət üzrə çoxsaylı tədbirlər həyata keçirilməkdədir və həmin tədbirlərə biz də dəvət olunuruq. Vaxt, zaman baxımından imkan daxilində həmin tədbirlərdə iştirak edirik. Bütün bunlar bizim gündəlik işimizdir. Ona görə də təbii olaraq gün ərzində gərginlik elementi özünü büruzə verir.
-Vətəndaş cəmiyyəti sektorunda işlər daha çox idi, yoxsa qanunverici orqanda?

-Mən qanunverici orqana vətəndaş sektorundan gəlmişəm, ancaq bu sektordan heç də uzaqlaşmamışam. Bu gün mənim rəhbərlik etdiyim ictimai birlik var. Düzdür, qanunverici orqana gəldikdən sonra ictimai birliyin fəaliyyətində bir qədər passivlik yarandığını deyə bilərik. Ancaq istənilən halda çalışıram ki, QHT sahəsində fəaliyyətimi ictimai birlik üzərindən, yaxud təmsil olunduğum koalisiyalarda həyata keçirim. Mən həm də Milli QHT Forumunun İdarə Heyətinin üzvüyəm və orada da çox böyük fəaliyyət spektrimiz var. Bu gün 100-dən çox təşkilat Milli QHT Forumunun üzvüdür və hər gün yeni-yeni müraciətlər olur. Qanunverici orqana gəldikdə təbii ki, burada işin çoxluğu vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətimizə müəyyən mənada təsir etmiş olur. Ancaq eyni zamanda bu sahələrin bir-birini tamamladığını da görə bilərik. Çünki vətəndaş cəmiyyətində olan bəzi proseslərin qanunverici orqan üzərindən tənzimlənməsi, xüsusilə də yeni təşəbbüslər, qanun layihələri, QHT qanunvericiliyinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərin nəzərdən keçirilməsi kimi fəaliyyətlər bilavasitə parlament üzərindən olur.
-İşdən sonra bir qayda olaraq hara getməyə üstünlük verirsiniz? Evə, yoxsa iş gərginliyini aradan qaldırmaq üçün hansısa sakit, səssiz məkana?

-Gündəlik iş rejimim əsasən bir neçə istiqamətdə fəaliyyətləri özündə ehtiva edir. Adətən axşam saatlarında evə gəlib bir qədər rahatlanmaq imkanı qazanmış oluram. Ancaq bəzi hallarda televiziya kanallarında olan efirlər gec saatlarında, axşam 23:00-da, yaxud 23:30-da bitir və o zaman evə gəlirəm. Boş zaman olanda isə əsasən piyada gəzməyə üstünlük verirəm. Gün ərzində 10-11 min addım atmağa çalışıram. Əgər gün ərzində həmin normanı tamamlaya bilməsəm, gec saatlarında da olsa belə gün bitənə qədər addım normasını yerinə yetirməyə çalışıram. Bütün halda günün yorğunluğu, gərgin iş qrafiki bir çox hallarda həmin normanı həyata keçirməyə maneçilik törədir.
-Sakit və sənsizlikdən söz düşmüşkən, adətən elə məkanlarda tək olmağa üstünlük verirsiniz, yoxsa hansısa yaxın dostunuzla?
-Xüsusi olaraq hansısa sakit, səssiz məkanlarda olmuram. Adətən yaşadığım əraziyə yaxın parkda yürüş etməyə üstünlük verirəm. Bəzi hallarda yürüş edərkən mənə qoşulan dostlarım da olur. Əksər hallarda isə tək yürüş etməyə üstünlük verirəm. Ümumiyyətlə isə kiminlə addımlamağım mənə nəzərdə tutulan normanı yerinə yetirməyə heç bir maneçilik törətmir. Hətta bəzən olur ki, parkda gəzən şəxslər mənə yaxınlaşır, onlarla birlikdə yürüş edir, fikirlərini dinləyirəm. Hansısa məsələ ilə bağlı fikir mübadiləsi aparıb onlara müəyyən tövsiyəmi verirəm.
-Dostlarınız çoxdurmu?
-Bəli, dostum çoxdur. Həmin şəxslər arasında rahatlıqla arxalana biləcək insanlar da var. Bu baxımdan xoşbəxtəm ki, bu kimi şəxslər çevrəmdə çoxdur. Həmin insanlarla uzun bir yolu addımlamışıq və onları həqiqi dost kimi görürəm. Onlar tarixin sınağından çıxmış şəxslərdir. Müxtəlif situasiyalarda onlar hər zaman bir dost kimi yanımda olduqlarını göstəriblər. Onların arasında elələri var ki, 30 ildən çoxdur tanıyıram.

-Deputat seçiləndən sonra onların sayı artıb, yoxsa azalıb?
- Son bir il ərzində, daha dəqiq desək deputat seçildikdən sonra çevrəmdə olan həmin insanların, dostlarımın sayında artım var.
-Deputat seçiləndən sonra bir qayda olaraq dəvətlərin də sayı artır. Çoxları, hətta seçiciləriniz belə xoş günlərinə dəvət edirlər. Yəqin Sizə də çoxsaylı dəvətlər gəlir.

-Deputat seçiləndən sonra istər seçicilərim, istərsə də seçicim olmayan vətəndaşlar tərəfindən keçirdikləri tədbirlər, şad günlərlə bağlı dəvətlər gəlir. Mən də imkan daxilində həmin tədbirlərdə iştirak etməyə çalışıram. Təbii ki, fiziki olaraq onların hamısında iştirak etmək çətindir. Ancaq bütün halda çalışıram ki, dəvətləri də cavabsız qoymayım. Əgər hansısa üzrlü səbəbdən bu və ya digər tədbirdə iştirak edə bilmirəmsə, bunu tədbir sahibinin diqqətinə çatdırıram. Çünki insan məni sayır, seçir, dəvət edir. Mən onun dəvətini cavabsız qoya bilmərəm. Qeyd etdiyim kimi, hansısa ciddi zərurətdən dolayı iştirak edə bilmirəmsə, məclis sahibinə əvvəlcədən məlumat verirəm ki, tədbirini alsın, masaların boş qalmaması üçün adekvat addım atsın.
-Bir qayda olaraq özünüz gedirsiniz məclislərə, yoxsa köməkçiniz vasitəsilə hədiyyə göndərirsiniz?
-Bir qayda olaraq dəvətləri dəyərləndirirəm. Əksər hallarda məclislərə özüm gedirəm. Yalnız bir dəfə olub. Ev sahibinə əvvəlcədən məclisdə iştirak edə bilməyəcəyim barədə məlumat vermişdim. Ancaq kömıəkçimi həmin məclisə göndərdim ki, təbrikimi ev sahibinə çatdırsın.
-Ümumiyyətlə, el şənliklərində, toylarda iştirak etməyə marağınız varmı?
-Elə tədbirlər, məclislər var ki, onun maraqlı olub-olmamasından asılı olmayaraq həmin məclisdə mütləq iştirak etməliyəm. B u mənə yaxın olan insanların, doğmaların, dost-tanışın məclisləridir ki, orada maksimum dərəcədə ən yüksək səviyyədə iştirak etməyə çalışıram. Ancaq toylarda uzun müddət ərzində qalmaq imkanına malik deyiləm. Çünki iş qrafikim çox gərgin olur. Hansısa toya gedəndə orada qısa müddət ərzində otururam. Çünki bizim toylarımız əksər hallarda bir qədər səs-küylü olur. Digər tərəfdən milli mətbəximizin təamları adətən saat 19:00-20:00 arasında süfrəyə gətirilir. Həmin saatda isə yemək qəbul etmək mənim tərəfimdən xoş qarşılanmır. Çünki saat 18:00-19:00-dan sonra adətən çörək yeməməyə çalışıram. Yatmazdan əvvəl orqanizmi ağır yeməklərlə yükləmək xoşagələn hal deyil.
-Bəs oynamağa?

-Xeyr. Mən toylarda rəqs etmirəm və demək olar ki, bu tipli məclislərdə passiv şəkildə iştirak edirəm.
-Ümumiyyətlə, musiqiyə necə? Qulaq asmağı xoşlayırsınızmı?
-Təbii ki, musiqiyə qulaq asmağı xoşlayıram. Çünki mənim musiqi təhsilim var. 5 il Mədəniyyət Evində ixtisas olaraq qarmon dərsi almışam. İxtisas fənni ilə yanaşı musiqi ədəbiyyatı, xor, ümumi fortopiano və s. dərslər almışam və sertifikatım da var. Ancaq özümü musiqiyə həsr etməmişəm və daha çox elmi fəaliyyətə üstünlük vermişəm.
-Adətən hansı mahnılara üstünlük verirsiniz?
-Janrından asılı olmayaraq bütün musiqiləri xoşlayıram. İstər Azərbaycan, istərsə də xarici bəstəkarlar olsun. Klassik əsərləri belə dinləyirəm.
-Bəs boş vaxtlarınızda nələrə üstünlük verirsiniz? Mütaliə, idman, yoxsa ailə ilə vaxt keçirmək?
-Çalışıram ki, hamısını edə bilim. Düzü klassik əsərlər, ədəbiyyat oxumağa o qədər də vaxt olmur və daha çox ixtisasıma uyğun, fəlsəfi və ya politoloji mövzuda ədəbiyyat oxumağa üstünlük verirəm. Çünki sosial fəlsəfə üzrə fəlsəfə doktoruyam. İdmana gəldikdə, uşaq yaşlarından idmanla, ayrı-ayrı vaxtlarda dəniz çoxnövlü idman növü ilə məşğul olmuşam. Həmçinin Dinamoda boksla, həvəskar futbolla məşğul olmuşam. Bu gün də imkan daxilində idmanla mışğul oluram və həftədə bir neçə dəfə üzməyə çalışıram. Vaxtım olduğu təqdirdə səhər saatlarında 1 saat, yaxud 1,5 saat üzməyə üstünlük verirəm.
-Ümimiyyətlə, ailəyə kifayət qədər vaxt ayıra bilirsinizmi?
-İmkan daxilində ailəni diqqətdən kənarda qoymamağa çalışıram. Ailə dedikdə burada çoxşaxəli fəaliyyət var. Hər bir istiqamət üzrə çalışıram ki, üzərimə düşən vəzifələri yerinə yetirim. Düzdür, bunu 100 faizlik icra edə bilməsəm də, ancaq yenə də bu zamanın ixtiyarına buraxılır və nəticə etibarilə həllini tapır.
-Sizin üçün bütün problemlərin, keçmişin unudulduğu məkan haradır? Harda özünüzə dinclik tapır, özünüzü hər şeydən uzaq hüzur içində hiss edirsiniz?
-Çox nadir hallarda buna müvəffəq oluram. Hər şeydən uzaq, hüzur içində özünü o zaman hiss etmək olar ki, sakit bir yerə çəkilib hətta mobil telefondan, internetdən uzaq olasan. Ancaq indiki zamanda buna nə zaman nail olduğumu unutmuşam. Ümumiyyətlə isə o barədə düşünmürəm.
-İndiyə qədər hansısa atdığınız addımdan, etdiyiniz hərəkətdən peşmançılıq hissi keçirmisinizmi?

-Düşünmürəm ki, hansısa atdığım addımdan, yaxud hərəkətdən peşmaçılıq hissi keçirmişəm. Düzdür, hansısa bir addım barədə məyusluq keçirmişəm. Birisinə zamanında göstərdiyin dəstəyi həmin şəxs sonradan görməməzlikdən gəlib və bu zaman istər-istəməz insan məyusluq hissi keçirir. Bu da peşmançılıq deyil, bir dərsdir. Ona görə də həyatın bizə verdiyi dərslərdən nəticə çıxarmalı bacarmalıyıq. Ataların yaxşı bir sözü var. Sonrakı peşmançılıq fayda verməz. Ona görə də uşaqlıqdan hər zaman fikirləşmişəm ki, sonrakı peşmançılıq həqiqətən də fayda vermir. Bu səbəbdən özümü peşmançılıq üzərində kökləmirəm. Qısa müddətlik məyusluq, bəlkə də hardasa inciklik də olur, ancaq peşmançılıq yox. Hesab edirəm ki, peşmançılıq keçirmək əbəs yerədir. Xüsusilə də söhbət keçmişdə baş vermiş, hansısa atılmış addımdan gedirsə. Çünki insan hər zaman irəli baxmalı, keçmişdə qazandığı nəticələri daha da müsbət məcraya yönəltməyə bacarmalıdır.
Süleyman İsmayılbəyli
Bu mövzuda digər xəbərlər:Deputat seçiləndən sonra dəyişən bir şey olmayıb
14 Noyabr 2024 10:27
Elşad Musayev: “Deputat seçiləndən 8 nəfəri işlə təmin etmişəm”
19 Noyabr 2024 19:52
Məktəblərdə psixoloqların sayı artırılmalıdır Deputat
07 Noyabr 2024 19:45
Bölgələrdə kitabxanaların sayı artırılmalıdır Deputat
20 Noyabr 2024 15:32
Qadın səfirlərin sayı azdır Deputat
13 Dekabr 2024 11:53
Baxış sayı:32
Bu xəbər 17 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















