Icma.az
close
up
RU
Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı: 34 min manat tələb olunur, əgər bu davam etsə...

Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı: 34 min manat tələb olunur, əgər bu davam etsə...

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nurullayev 2025-ci ilin büdcə müzakirələri zamanı çıxış edərək bir sıra önəmli sahələrə hökumətin diqqətini cəlb etməyə çalışıb.

Hurriyyet.az bildirir ki, deputat ilk öncə, uğurlu COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə görə ölkə başçısını, Azərbaycan xalqını, hökumət üzvlərini və hakim partiyanın təmsilçilərini təbrik edib. Ardınca büdcə sənədindən bəhs edərək bunları söyləyib: “İstərdim ki, təqdimatlarda heç olmazsa az da olsa çatışmazlıqlar, problemlər, çağırışlar, süni və təbii maneələr haqqında da nələrsə deyilsin. Ola bilməz ki, hər şey 100 faiz yaxşı olsun. Heç Norveçdə, Yaponiyada, Sinqapurda belə hər şey ideal deyil. Biz öz fəaliyyətimizə belə tənqidi rakursdan yanaşmasaq, inkişaf olmaz. Boşluqları demək lazımdır, ciddi müzakirələr və fərqli fikirlər bir-birini antoqonist mövqeyə çəkməlidir ki, doğrular bilinsin. Məqsədim tənqid yox, plüralizmə, fikir çoxluğuna və tənqidi yanaşmaya söykənən mülahizələrdir. Inkişaf üçün tənqidi yanaşma da olmalıdır və biz bunu birinci növbədə təqdimatlardan eşitməliyik. Hesabalama Palatasının yanaşmasında doğru məqamlar var və onların qeyd etdikləri nöqsanlar aradan qaldırlmalıdır. Amma, sual olunur, ki, onlar niyə ildən-ilə təkrarlanır?”

R.Nurullayev büdcə vəsaitinin səmərəli xərclənməsinin vacibliyindən danışıb:

“Büdcədən xeyli vəsait ayrılır, amma uzunmüddətli səmərə effekti zəifdir. Vəsaitlər ciddi nəzarət altında xərclənmir. Büdcə vəsaitləri şişirdilmiş rəqəmlərlə də xərclənir. Bu barədə çox uzağa getmirəm, elə internet axtarış şəbəkələrində “büdcə yoxlaması”, “büdcə oğurluğu”, “şişirdilmiş büdcə vəsaiti”, “yeyinti” yazıb “ok” düyməsini basmaq bəs edir ki, aldığın informasiyanı həzm etmək üçün “festal”a ehtiyac duyasan. Mən demirəm ki, hər şey pisdir, amma narahatedici məqamlar var və nəzarət sistemi güclənməlidir”.
Deputat qeyd edib ki, səmərəliliyin əldə olunması üçün hazırda mövcud qanunlara edilməli olan dəyişikliklərə də ehtiyac var və gərək bunlar edilsin: “Səbəb nə olur-olsun, gecikdirmək olmaz. Hesablama Palatasının sədri o məqamları çox gözəl bilir. Mənim üçün ən vacib məsələ büdcənin səmərəli xərclənməsi və uzunmüddətli inkişafa nail olmasıdır. Hamımız çalışmalıyıq ki, büdcə vəsaitinin xərcləndiyi hər bir manat özü ilə inkişaf gətirsin, dəyər yaratsın. Yarada bilirmi?”

R.Nurullayev yeni iş yerlərinin yaradılması zərurətindən danışıb:

“Xarici və daxili sərmayələrin cəlb olunması üçün aşkarlığın, şəffaflığın və qaydaların sadələşdirilməsi vacibdir. Hazırkı biznes mühiti çox da şəffaf və aydın deyil. Məhz, elə bu səbəbdən ciddi sərmayələr daxil olmur. Əmlakın qorunması, toxunulmazlığı vacibdir. O layihələr tez reallaşır ki, onlar birbaşa cənab Prezidentin nəzarətindədir. Amma, ölkədə on minlərlə layihələr həyata keçirilir. Ölkə başçısı hamısına tək nəzarət edə bilməz axı…
Şirkət yaratmaq asandır, bir gün tələb olunur. Bəs real olaraq, Azərbaycan reallığından çıxış edərək real işə başlamaq üçün nə qədər zaman tələb olunur? Vergi qanunvericiliyi tam olaraq sadələşdirilməli və hər kəsin başadüşəcəyi formata salınmalıdır. Torpaqların tələb olunan qaydalar əsasında təyinatının dəyişdirilməsi üçün iştirakçı olduğum bir məclisdə eşitdim ki, az qala bu mümkün deyil. Belə bir halda yeni iş yerlərinin açılması ilə bağlı münbit şərait var deyə də bilmərik”.

Deputat ardınca deyib: “Mənim bir seçicim var, bir də yaxından tanıdığım bir adam. Onların hər ikisi xarici sərmayə cəlb ediblər, amma ciddi problemlərlə üzləşirlər və bunlar aylarla, illərlə davam edir. Bunları müzakirə etmək və nəzərinizə çatdırmaq istərdim ki, görüm səbəb nədir. Bəlkə mən nəyisə düzgün anlaya bilmirəm…Gecikdirmələr və süründürməçilik bəzən daha çox şəxslərə və ayrı-ayrı qurumlara aiddir”.

Kəndlərin inkişafı ilə bağı dövlət proqramından bəhs edən deputat deyib:

“Kənd yerlərinin inkişafı urbanizasiyanın qarşısının alınmasının ən asan yoludur. Amma, kəndlərimizdə vəziyyət yaxşı deyil. Hər kəs kəndləri tərk edib şəhərə axışır. Qarabağda normal kəndlər salınır, biz Azərbaycanın hər yerində kəndləri inkişaf etdirməliyik. Bunun üçün də Kəndlərin inkişafı ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasına ehtyac var. Buna qədər isə, cənab Baş nazir xahiş edirəm ki, bu ilki dövlət büdcəsində 21 kəndin inkişafı ilə bağlı dövlət vəsaiti nəzərdə tutulsun. 7 rayon seçilsin və hər birindən 3 kənd seçilməklə pilot layihə həyata keçirilsin.

Bura daxildir: kənd ərazisində biznes və istehsalat sahələrinin aydınlaşdırılması, bacarıqlı kənd adamlarından ibarət biznes kursu keçəcək adamların təlimə cəlb edilməsi, bələdiyyənin inkişaf layihəsinə cəlb olunması. Bələdiyyələrlə bağlı komitə iclasında qeyd etmişəm ki, bələdiyyələr çox işə görə bilər, əgər onlara dövlət dətəyi olarsa. Amma, bu dəstək yardım şəklində yox.
Bələdiyyələr və biznes qurumları kənd və şəhərlərdə birlikdə 50-50-yə biznes qursunlar. Həm bələdiyyə öyrənsin, həmdə biznes maraqlı olsun. Elə subvensiyalar müştərək layihələrə yönləndirilsin. Kənd mədəniyyətinin formalaşdırılması üçün təlimlər və dövlət hesabına bəzi infrastruktur layihələrin həyata keçirilməsi də vacibdir. Çox xahiş edirəm ki, bu məsələ ciddi müzakirə olsunsun və elə bu ilin büdcəsində pilot kəndlərin inkişafı ilə bağlı müəyyən məbləğ nəzərdə tutulsun”.

R.Nurullayev sənədsiz evlər probleminə də toxunub:

“Hazırda mövcud qanunvericiliyə görə sənəd olmadan heç kim evinə qaz, su, işıq çəkə bilmir. Məhdudlaşdırıcı qanunun qəbulundan sonra tikilən evləri demirəm, 50-60 il bundan öncə tikilən evlər də infrastruktur layihələrindən yararlana bilmir. Onlardan tələb olunur ki, evlərinin sənədlərini düzəltsinlər. Kənd yerlərində ev və torpaqla bərabər, ən kiçik ev və həyətin sənədləşməsi üçün 1000 manata qədər vəsait tələb olunur. Daha böyük ev və torpaq sahəsi olanlara isə 3-4 min manat tələb olunur. Bu vəziyyətdən dolayı kəndlərdə təbii qaz axını olsa da, onlar sənədləşmə tələbi ucbatından evlərinə qaz xətti çəkə bilmir. Əgər bu tələb 10 il də davam etsə, elə ailələr var ki, onlar o tələbi heç zaman yerinə yetirə bilməyəcəklər. Bu məsələ ilə bağlı sadələşmə lazımdır. Icra hakimiyyətinin arayışı ilə qaz çəkilişinə icazə verilməsi vacibdir. Bütövlükdə isə sənədləşmənin həyata keçirilməsi üçün dövlətdən sosial yardım alan, əlillik dərəcəsi olan, şəhid ailəsi, müharibə veteranı və digər güzəştli kateqoriya insanlar üçün sənədləşmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılsın, ya da onlardan vəsait tələb olunmasın. Bütün hallarda, onlar bu şəkildə sənədləşməyə getməyəcəklər”.

Deputat deyib ki, İmişlinin kanalizasiya sistemi çəkilib və yarımçıq qalıb: “Küçələrə asfalt vurulur, nə zamansa, kanalizasiya çəkiləndə o yollar dağılacaq. Kanalizasiya sistemi olmadan şəhərin səmərəli və planlı inkişafı mümkün deyil. Xahiş edirəm, cənab baş nazir, İmişlinin yarımçıq qalmış kanalizasiya sisteminin tamamlanması üçün vəsait ayrılsın. Bu gün kanalizasiya sistemi olmadığı üçün bir çox evlər və hündürmərtəbəli evlər basdırılmış mina üzərində yaşamalı olur. Keçən çağırışda bu məsələni hər il qaldırmışam, amma nəzərə çarpacaq dərəcədə belə irəliləyiş olmayıb”.

Deputat bildirib ki, hazırda İmişli şəhərində peşə məktəbinin təmiri gedir: “Bu məsələ rayon üçün çox vacib idi. Təhsilzsiz, peşəsiz insan, ölkə, rayon, Saxara səhrasında susuz və dəvəsiz kimidir. Bu işdə bizə köməklik edən hökumətə, Təhsi nazirliyinə və Peşə agentliyinə təşəkkürümü bildirirəm.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri