Deputat SOCAR ın obyektinə edilən hücumdan danışdı: Təsadüf sayıla bilməz
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Rusiya ordusu Ukrayna ərazisində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus obyektləri ikinci dəfə hədəfə alıb.
Baş vermiş hadisə ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu hücumlar sadəcə müharibənin "yan təsiri” deyil, həm də Bakıya və Avropaya ünvanlanan açıq siyasi mesajdır:
"Moskvanın Azərbaycan dövlətinə məxsus mülkiyyətə hücumu təsadüfi sayıla bilməz. Rusiya enerji marşrutlarını riskli göstərmək, "Rusiya qazına alternativ axtarışlar təhlükəsiz deyil" mesajını vermək istəyir. Bu, beynəlxalq hüququn, dövlətlərarası münasibətlərin əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycanın müstəqil və yalnız milli maraqlara söykənən siyasəti Moskvanı qane etmir”.
Deputatın sözlərinə görə, Rusiyanın addımları enerji təhlükəsizliyi məsələsini beynəlxalq gündəmin ön sırasına çıxarır:
"BMT Nizamnaməsi dövlətlərin mülki obyektlərinə qarşı zorakılığı qadağan edir. Cenevrə Konvensiyalarına əsasən, enerji infrastrukturuna hücum müharibə cinayətidir. SOCAR-a qarşı edilən hücum isə birbaşa dövlət mülkiyyətinə təcavüzdür. Bu cinayətlər ardıcıl şəkildə sənədləşdirilib beynəlxalq məhkəmələrə təqdim olunmalıdır. SOCAR obyektlərinə hücumlarla Azərbaycanın artan strateji əhəmiyyətini zəiflətmək mümkün deyil. Əksinə, bu cəhdlər fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənir. Bakı həm regional, həm də qlobal enerji əməkdaşlığında mühüm oyunçu olaraq qalır və beynəlxalq tərəfdaşlıqlarını davam etdirməkdə qətiyyətlidir."
Oksana Orucova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















