Icma.az
close
up
RU
Deputat: Ulu Öndər Heydər Əliyev bizə müstəqil Azərbaycan kimi zəngin irs qoyub AZƏRTAC

Deputat: Ulu Öndər Heydər Əliyev bizə müstəqil Azərbaycan kimi zəngin irs qoyub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Ümummilli Lider ömrünün mənasını xalqa xidmətdə görürdü. Məhz onun qətiyyəti və iradəsi sayəsində müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan böyük təhlükələrin qarşısı alındı, gələcək inkişafın strateji hədəfləri müəyyənləşdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu təmin etdi. Yeni tarixi şəraitdə Heydər Əliyev müdrikliyi bir daha zamanı qabaqladı və Azərbaycanın istiqlal yolunda yeni səhifə açıldı. Beləliklə, Azərbaycan sabitlik, dayanıqlı inkişaf dövrünə qədəm qoydu. Həyata keçirilən islahatlar, atılan önəmli addımlar Azərbaycanın bugünkü inkişafı üçün real zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu ilə milli-mənəvi dəyərlərə əsaslanan hüquqi-demokratik dövlət quruculuğu prosesi start götürdü.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin səsi nüfuzlu beynəlxalq təşkilatların tribunasından eşidilməyə başladı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan Hasilatın Pay Bölgüsü sazişinin imzalanması ilə ölkəmizin həyatında yeni dövrün başlanğıcı qoyuldu: “Ulu Öndərin hakimiyyəti dövründə dövlət idarəçiliyinin bütün sahələrində hərtərəfli islahatlara təkan verildi, struktur dəyişikliyi aparıldı, normativ hüquqi baza formalaşdırıldı. Bu uğurlu strategiyanın nəticəsində bütün sahələr dövlətçilik ideyalarına sadiq, milli ənənələrə və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirildi. Bütün sahələrdə şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan kadr islahatları aparıldı. Ümummilli Lider bizə müstəqil Azərbaycan kimi zəngin irs qoydu. Onun başlatdığı bu müqəddəs və şərəfli missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, “Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz, Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Azərbaycan bu yolla gedir... Ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir”.

Deputatın sözlərinə görə, dünyada baş verən geosiyasi gərginliklərə rəğmən, Azərbaycan uzun illərdir təhlükəsizlik adasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. Keçmiş məcburi köçkünlər qarşısında çıxışlarının birində Ümummilli Lider deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Biz Ulu Öndərdən həm də Vətəni, dövləti, xalqı sevməyi öyrəndik. Qarabağ məsələsi, ərazi bütövlüyü sona qədər xarici siyasətdə prioritet oldu, müzakirələrin mərkəzində dayandı. Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla icra edə biləcək vətənpərvər nəsil yetişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz böyük Qələbə nəticəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu tarixi torpaqların əsl sahibləri öz doğma yurduna qayıdır.

“Ötən ay ölkəmizin ev sahibliyi etdiyi BMT-nin nüfuzlu COP29 beynəlxalq iqlim konfransı da yüksək səviyyədə, tam təhlükəsiz şəraitdə keçirildi. 197 ölkədən 76 mindən çox insanın qatıldığı nəhəng platforma uğurla başa çatdı. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Bakı COP” iqlim diplomatiyasında dönüş nöqtəsi kimi tarixə düşdü. Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müstəqil Azərbaycan Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycandır. Ümummilli Liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bizi dövlət və xalq olaraq bütün hədəflərimizə çatdırır, müstəqilliyimizi əbədi və dönməz edir”, - deyə N.Məmmədova vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri