Icma.az
close
up
RU
Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsinin məqsədi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin edilməsi, habelə bu platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsidir.

Bu sözləri AZƏRTAC-a açıqlmasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, dəyişiklik zamanı beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilib, müxtəlif ölkələrin bu sahədə tətbiq etdikləri hüquqi mexanizmlər araşdırılıb və müvafiq təcrübələr nəzərə alınıb.

“Qanun layihəsində sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib. Bu yaş həddinin müəyyənləşdirilməsi zamanı beynəlxalq təcrübəyə istinad olunub. Məsələn, Avstraliyanın onlayn təhlükəsizlik sahəsindəki qanunvericiliyində də müvafiq yaş məhdudiyyəti 16 yaş kimi müəyyənləşdirilib. Eyni zamanda, layihədə nəzərdə tutulub ki, 16-18 yaş aralığında olan şəxslər sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yarada, onlardan istifadə edə və məzmun paylaşa bilərlər, lakin bu fəaliyyət yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında həyata keçirilə bilər.

Qanun layihəsində, həmçinin platforma provayderlərinin də mühüm vəzifələri müəyyən edilir. Bunlara uşaqların təhlükəsizliyinin təmin olunması, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli informasiyanın operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlığın həyata keçirilməsi daxildir. Layihə ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə olunması nəzərdə tutulub ki, bu da platforma provayderlərinin məsuliyyətinin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir”, - deyə deputat vurğulayıb.

Azər Allahverənov bildirib ki, qanun layihəsinin qəbul olunması uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsinə və dövlət nəzarəti mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edəcək.

“Belə bir qanun layihəsinin hazırlanmasının əsas səbəbi rəqəmsal texnologiyaların sürətli inkişafı ilə bağlıdır. Müasir dövrdə rəqəmsal texnologiyalar insanlara geniş imkanlar təqdim edir və xüsusilə də uşaqların və yeniyetmələrin internet mühitinə çıxışını xeyli asanlaşdırır. Nəticədə azyaşlılar müxtəlif sosial platformalarda asanlıqla qeydiyyatdan keçərək rəqəmsal mühitin aktiv iştirakçılarına çevrilirlər. Məhz bu səbəbdən uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların zərərli məzmunlardan qorunması və sağlam inkişafının dəstəklənməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi çıxış edir. Müxtəlif araşdırmalar və statistik məlumatlar göstərir ki, uşaqların rəqəmsal mühitdən həddindən artıq istifadəsi və ya zərərli məzmuna məruz qalması onların psixoloji, sosial və davranış inkişafına mənfi təsir göstərə bilir. Bu isə bəzi hallarda müxtəlif neqativ nəticələrə səbəb olur. Ona görə də rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir şəraitdə uşaqların rəqəmsal mühitdə hüquqlarının və təhlükəsizliyinin qorunması, onların zərərli informasiyalardan müdafiəsinin gücləndirilməsi, eyni zamanda, sosial şəbəkə platformalarının məsuliyyətinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təqdim olunan qanun layihəsi də məhz bu məqsədlərə xidmət edir və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına yönəlmiş mühüm hüquqi təşəbbüs kimi qiymətləndirilə bilər”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri