Icma.az
close
up
RU
Deputat və ailəsi məhkəməyə verildi

Deputat və ailəsi məhkəməyə verildi

Sabiq deputat Fəzail Ağamalı və ailəsi məhkəməyə verilib.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb kredit borcunun olmasıdır.

Belə ki, “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəblə “Aqrarkredit” QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı hazırkı deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.

“Aqrarkredit” QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

seeBaxış sayı:94
embedMənbə:https://adalet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri