Icma.az
close
up
RU
Deputat vətəndaşları diqqətli olmağa ÇAĞIRDI

Deputat vətəndaşları diqqətli olmağa ÇAĞIRDI

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son günlərdə yayılan bəzi məlumatlar və açıqlamalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət mərkəzində olmalıdır. Bu gün informasiya sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur. Məlumatın kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır".

Ölkə.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, yalan və ya təhrif edilmiş məlumat təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər:

"Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəli ola bilir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar, yoxlanılmamış xəbərlərə inanmaq və onları yaymaq düşmən qüvvələr tərəfindən asanlıqla manipulyasiya edilə bilər.

Bunu biz ən açıq şəkildə İkinci Qarabağ Müharibəsi zamanı da gördük. Hərbi əməliyyatlarla yanaşı, informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etməyə, ordumuzun iradəsini zəiflətməyə və xalqımız arasında çaşqınlıq yaratmağa yönəlmişdi. Lakin xalqımızın müdrikliyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınının təmin olunması bu cəhdləri boşa çıxardı.

Bugün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı aparılan təxribatçı kampaniyalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Dövlətin gücü təkcə ordusu ilə deyil, həm də informasiya məkanını qorumaq bacarığı ilə ölçülür.

Bu səbəbdən hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik:

-Paylaşdığımız hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməliyik.

-Təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalıyıq.

-Özümüzlə yanaşı, ətrafımızdakı insanları da düzgün informasiya istifadəsinə təşviq etməliyik.

Unutmayaq: informasiya silahı ya bizim gücümüzə güc qatar, ya da əleyhimizə çevrilər. Seçim bizim əlimizdədir. Gəlin, birlikdə diqqətli olaq, dövlətimizin maraqlarını, xalqımızın təhlükəsizliyini qoruyaq".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see232

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see220

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see219

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see218

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see181

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see161

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see144

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see139

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see130

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see129

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see125

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see123

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri