Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Deputat yerli məhsulların azalmasının səbəbini açıqladı

Deputat yerli məhsulların azalmasının səbəbini açıqladı

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, problem təkcə ödənişin mövcudluğu deyil: "Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır. Nəticədə kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır. Məhdud dövriyyə vəsaiti ilə fəaliyyət göstərən yerli istehsalçı üçün bu, bazara çıxışın faktiki olaraq məhdudlaşdırılması deməkdir".
O əlavə edib ki, eyni vəziyyət iri xarici istehsalçılar və idxalçılar üçün xarakterik deyil. "Onlar böyük istehsal həcmlərinə, güclü maliyyə imkanlarına, inkişaf etmiş logistika sisteminə və iri marketinq büdcələrinə malik olduqları üçün bu xərcləri rahatlıqla qarşılayırlar. Bundan əlavə, iri istehsal miqyası və daha aşağı maya dəyəri onlara məhsullarını dempinq və ya dempinqə yaxın qiymətlərlə bazara çıxarmağa imkan verir.

Beləliklə, yerli istehsalçı ikiqat təzyiq altında qalır. Bir tərəfdən rəfə çıxmaq üçün yüksək ödənişlər ödəməlidir, digər tərəfdən isə maya dəyəri daha aşağı olan idxal məhsulları ilə qiymət rəqabəti aparmalıdır. Bu isə faktiki olaraq rəqabət mühitini qeyri-bərabər vəziyyətə gətirib çıxarır.

Nəticədə, keyfiyyətli yerli məhsul belə istehlakçıya çatmaq imkanını itirə bilər. Ticarət rəfləri getdikcə daha çox idxal məhsulları ilə dolur, yerli istehsalçı isə bazara daxil olmaq üçün maliyyə baryerlərini aşmağa çalışır",- o vurğulayıb.

Deputatın fikrincə, daha ciddi narahatlıq doğuran məqam isə odur ki, iri ticarət şəbəkələri istehlak bazarına çıxışın faktiki nəzarətçilərinə çevrilirlər. "Sahibkar məhsulunun satışı üçün deyil, sadəcə rəfdə yer almaq hüququ üçün ödəniş edir. Bu isə bazar iqtisadiyyatının mahiyyətinə uyğun deyil və normal rəqabəti təhrif edir.

Bu praktikanın uzun müddət davam etməsi ticarət şəbəkələrində yerli məhsulların payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, yerli istehsalçıların idxal məhsulları tərəfindən bazardan sıxışdırılıb çıxarılmasına, milli brendlərin rəqabət qabiliyyətinin zəifləməsinə, istehsala investisiyaların azalmasına, yeni iş yerlərinin yaradılmasının məhdudlaşmasına, vergi daxilolmalarının azalmasına və nəticə etibarilə ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Bu səbəbdən hesab edirəm ki, məsələ yalnız kommersiya münasibətləri çərçivəsində deyil, həm də dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından qiymətləndirilməlidir",- o əlavə edib.

Yaranmış vəziyyətlə bağlı təkliflərini verən deputat bildirib ki, iri ticarət şəbəkələrindən təchizatçıların şəbəkəyə qəbul şərtləri barədə ətraflı məlumat tələb olunsun, listinq, marketinq və digər ödənişlərin həcmi araşdırılsın, onların yerli istehsalçılara təsiri ayrıca qiymətləndirilsin.
"Eyni zamanda məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf və vahid qaydalar müəyyən edilməli, yerli istehsalçılar üçün bu ödənişlərin məhdudlaşdırılması və ya tənzimlənməsi imkanları nəzərdən keçirilməli, onların pərakəndə ticarətə çıxışını asanlaşdıran dəstək mexanizmləri hazırlanmalıdır. Həmçinin bu ödənişlərin antiinhisar qanunvericiliyi baxımından hüquqi qiymətləndirilməsi və idxal məhsullarının dempinq qiymətlərinin yerli istehsala təsirinin təhlili də vacibdir.

Mən yerli istehsalçı üçün xüsusi imtiyazların yaradılmasını təklif etmirəm. Söhbət yalnız ədalətli rəqabət mühitinin təmin edilməsindən gedir. Azərbaycan istehsalçısı öz alıcısı uğrunda rəfə çıxış üçün ödədiyi yüksək ilkin ödənişlərlə deyil, məhsulunun keyfiyyəti, qiyməti və etibarlı təchizatı ilə rəqabət aparmalıdır.

İnanıram ki, ticarət şəbəkələri qapalı kommersiya filtri kimi deyil, Azərbaycan məhsulunun Azərbaycan istehlakçısına ədalətli şəkildə çatdırıldığı platforma kimi fəaliyyət göstərməlidir", - o vurğulayıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyul 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri