Icma.az
close
up
RU
Deputat yüksək bal toplamış şagirdlərlə görüşüb

Deputat yüksək bal toplamış şagirdlərlə görüşüb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Səbinə Salmanova tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanında ən yüksək nəticə göstərmiş (300 bal toplamış) Sumqayıt məktəbliləri, onların valideynləri və müəllimləri ilə görüşüb.

Deputat görüş zamanı 9 saylı orta məktəbin şagirdi Hüseynzadə Nuray Rafiq qızı və 34 saylı orta məktəbin şagirdi Məmmədli Aişə Qabil qızını buraxılış imtahanında göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara ali məktəblərə qəbul imtahanlarında uğurlar arzulayıb.

Səbinə Salmanova bildirib ki, buraxılış imtahanında ən yüksək nəticə göstərmiş şagirdlər arasında Sumqayıt məktəblilərinin də olması sevindiricidir:

“Bu bir daha sübut edir ki, şəhərimizdə təhsilə böyük diqqət göstərilir. Məhz bu diqqətin nəticəsidir ki, hər il Sumqayıt məktəbliləri istər buraxılış, istərsə də ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr göstərirlər. Əminəm ki, bu il də bu ənənə təkrarlanacaq”.

Daha sonra millət vəkili şagirdlərin müəllimləri və valideynləri ilə həmsöhbət olub, onlara təşəkkür edib.

S.Salmanova vurğulayıb ki, şagirdlərimizin bu uğurunda oxuduqları orta təhsil müəssisələrinin, onların müəllimlərinin və valideynlərinizin də xüsusi zəhməti danılmazdır.

Səmimi şəraitdə baş tutmuş görüşdə deputat Səbinə Salmanova şagirdlərə öz tövsiyələrini də verib.

Millət vəkili ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu gün keçirilən buraxılış imtahanında iştirak etmiş şagirdlərə də uğurlar arzulayıb.

Sonda xatirə şəkili çəkdirilib.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see342

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see291

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see283

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see273

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see233

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see232

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see230

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see224

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see211

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see210

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see203

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see200

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see198

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see198

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see196

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see195

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see194

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see189

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see184

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri