Icma.az
close
up
RU
Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib

Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ali məktəblərlə əlaqə, ünsiyyətin sıxlaşdırılmasının vacibliyi vurğulanır. Lakin biz bu əlaqəni elə orta məktəblərə münasibətdə də gücləndirməliyik. Çünki mənəviyyat kiçik yaşlardan formalaşır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, regionlarda mütaliəni gücləndirmək, təhsil şəbəkəsi ilə əlaqə yaratmaq, məktəb kitabxanalarına kitablar hədiyyə etmək lazımdır: “Məktəbyaşlı uşaqların xəyal dünyasının genişlənməsinə, dünyagörüşlərinin artırılmasına çalışmalıyıq. Uşaq yazarları ilə uşaqların görüşünü təşkil etmək də yaxşı olar”.
Elnarə Akimova doktorantura təhsilinin müddətinin azaldılması təklifini dəstəkləyib: “Mən Akademiya sistemində çalışıram, ən çox bu məzmunda suallarla qarşılaşıram. Buna görə də birpilləli doktorantura təhsilinə keçməyi münasib bilirəm. Doktorantura məsələsində cəmiyyətə açıq olmalıyıq, bu yöndə fikirlər dinlənilməlidir”.
Deputat həmçinin təklif edib ki, milli şüurun inkişafına, məfkurəmizin bütövlüyünə xidmət edən müəyyən kitabların parlamentin Elm və təhsil komitəsində təqdimatı keçirilsin: “Bu yolla onlar cəmiyyətə daha asan yol tapa, həm də təbliğ oluna bilərlər. Zəfərdən sonra yenilənən diskursumuz Azərbaycan tarixinin yenidən yazılmasını, həmçinin, Azərbaycan ədəbiyyatında baxış yenilənməsini aparılmasını labüd edib. Elmimiz buna necə cavab verir? Bu təqdimatlarla müəyyən suallara cavab tapa bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri