Deputat: Zorakılıq məsələsi ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin növbəti iclasında çıxışı zamanı bildirib ki, bu gün dünyada Zorakılıqla Beynəlxalq Mübarizə Günü qeyd olunur.
Bakıvaxtı.az-ın məlumatına görə, deputat vurğulayıb ki, Azərbaycanda zorakılıqla mübarizə sahəsində mühüm qanunvericilik addımları atılıb:
“Cənab Prezidentin və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm normativ-hüquqi aktlar qəbul edilib. Eyni zamanda, birinci vitse-prezident Mehriban Əliyevanın qanunvericilik təşəbbüsləri zorakılığa qarşı mübarizənin gücləndirilməsinə ciddi töhfə verib”.
Hicran Hüseynova əlavə edib ki, mövcud çağırışlar fonunda zorakılıqla bağlı məsələlərdə daha təsirli tədbirlərin görülməsi vacibdir:
“Cəmiyyətin bütün səviyyələrində maarifləndirmə işləri genişləndirilməli, zorakılığın qarşısının alınması üçün kompleks fəaliyyət davam etdirilməlidir”.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















