Icma.az
close
up
RU
Deputata REAKSİYA gəldi: Kişi arvadını işləməyə qoymursa…

Deputata REAKSİYA gəldi: Kişi arvadını işləməyə qoymursa…

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Milli Məclisin deputatı, hörmətli Mübariz Qurbanlı belə bir fikir söyləyib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əmək haqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər. İndi media bu fikirləri aydınlaşdırmaq istəyir. Mərkəzi icra hakimiyyəti orqanına 10 il rəhbərlik etdiyi dövrü çıxmaqla, 1995-ci ildən Milli Məclis üzvü olan çox savadlı bir şəxsin bu fikirləri ilə bağlı mənim özümdə də suallar yaranıb.

Axar.az xəbər verir ki, bu sözləri işçi hüquqlarının müdafiəçisi, ekspert Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, ilk növbədə qadınların işləməməsinin səbəbini aydınlaşdırmağın mexanizmi müəyyən olunmalıdır:

“Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statistikaya inansaq, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23%-ni təşkil edir. Bunlarında çoxu qadındır. İndi DSMF hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçün heç məşğulluq orqanlarında qeydiyyata da durmayıb. Fikrimcə, bir yol qalır. Gərək qadın məhkəmə qaydasında iddia qaldırsın ki, ərim məni işləməyə qoymur. Ərini məhkəməyə verə bilən qadın, məncə, onun “işləmə” qadağasını da ləğv etdirə bilər”.

O bildirib ki, xanımın tələbi həyat yoldaşının gələcəkdə əmək pensiyası almasına da mənfi təsir edə bilər:

“Digər problem: Hətta qadın məhkəmə yolu ilə sübut etsə ki, onu işləməyə əri qoymayıb və bu halda kişinin yığım kapitalı iki hissəyə bölünsə, onda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına qədər minimum həddə (bu ildən 46080 manatdır) çatmayacaq və bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə də nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən hada eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir?

Yığım kapitalı bölünürsə, bu halda sığorta stajı da bölünməlidir. Bu necə baş verə bilər? Bu hal olsa, əmin olun ki, 95% halda heç biri əmək pensiyası ala bilməyəcək. “Əmək pensiyaları haqqında” Qanuna görə, ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa, ərinin (arvadının) əmək pensiyasını ala bilər. Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda əgər onun əmək pensiyası ərinin əmək pensiyasından azdırsa, o zaman ərinə aid əmək pensiyasını ala bilər”.

Ekspert hesab edir ki, nikahın pozulması halında da problemlər qaçılmaz olacaq:

“Boşanma halında necə olacaq? Evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, amma xanım da etiraz etməyib. Amma evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Fevral 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see142

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see139

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see139

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see136

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see131

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see129

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see122

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see117

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see110

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri