Icma.az
close
up
RU
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF

Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərində FM radionun olmaması ilə bağlı məsələyə münasibət bildirib. Dövlət başçısı radionu əsasən avtomobildə dinlədiyini qeyd edərək, avtomobili radiosuz təsəvvür etmədiyini vurğulayıb və bu istiqamətdə hər hansı təşəbbüs olacağı təqdirdə Azərbaycanın onu dəstəkləməyə hazır olduğunu bildirib.

Prezidentin bu açıqlaması FM radionun əhəmiyyətini yenidən gündəmə gətirib.

Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında deyib ki, sürücülərin böyük əksəriyyəti avtomobildə daha çox radio dinləyir:

"Radio informasiya əldə etmək üçün əsas mənbələrdən biridir və sürücülərin böyük əksəriyyəti avtomobildə daha çox radio dinləyir. Bir çox məlumatı da məhz radio vasitəsilə əldə edirik. Hazırda sürücülər müxtəlif radio tətbiqlərini yükləyərək radioya qulaq asa bilirlər. Lakin bəzi avtomobillərdə bu tətbiqlərin quraşdırılması ilə bağlı problemlər yaranır. Bəzi tətbiqlər ödənişli olur, digərlərində isə çoxsaylı reklamlar yerləşdirildiyindən sürücülər onlardan istifadə etməyə üstünlük vermirlər. Nəticədə daha çox "YouTube” və digər platformalar vasitəsilə podkastlara qulaq asır, yaxud məlumatları fərqli mənbələrdən əldə edirlər. 

Bu isə istər-istəməz həm sürücülərin rahatlığı baxımından əlverişli deyil, həm də informasiya təhlükəsizliyi baxımından müəyyən problemlər yaradır. Çünki bəzi platformalarda etibarlı olmayan və ya yanlış məlumatlar yayıla bilir. Sürücülər də bəzən bu məlumatlara inanır və onların təsiri altına düşürlər”.

O qeyd edib ki, müasir, xüsusilə də Çin istehsalı olan elektrik avtomobillərində klassik radio avadanlığı olmalıdır:

"Müasir, xüsusilə də Çin istehsalı olan elektrik avtomobillərində ya klassik radio avadanlığı olmalı, ya da həmin avtomobillər Azərbaycan bazarına gətirilərkən ölkədə istifadə üçün uyğun radio tətbiqləri əvvəlcədən quraşdırılmalıdır. Bununla bağlı Azərbaycana avtomobil idxal edən şirkətlər də mütəxəssislərin konkret təklifləri əsasında lazımi addımlar ata bilərlər. Hətta bu məsələ avtomobil istehsalçıları ilə də müzakirə edilə bilər ki, Azərbaycan bazarı üçün nəzərdə tutulan elektrik avtomobillərində radio tətbiqləri və ya klassik radio avadanlığı standart şəkildə quraşdırılsın.

Beynəlxalq təcrübədə buna bənzər yanaşmalar mövcuddur. Hətta bəzi ölkələrdə radiosu olmayan avtomobillərin satışına məhdudiyyətlər tətbiq edilib”.

Parlamentari vurğulayıb ki, bu istiqamətdə zəruri tədbirlər görülməlidir:

"Bu istiqamətdə zəruri tədbirlər görülməlidir. Çünki radionun Azərbaycan dilinin qorunması və təbliği, etibarlı informasiyanın dinləyicilərə çatdırılması, eləcə də Azərbaycan musiqisinin təbliğində rolu əvəzsizdir. Bu səbəbdən məsələ ətraflı araşdırılmalı və Azərbaycanda problemin həlli üçün konkret təkliflər hazırlanmalıdır.

Azərbaycan Prezidenti də müxtəlif çıxışlarında radionun əhəmiyyətini dəfələrlə vurğulayıb. Biz də bu məsələyə həssas yanaşmalı, Azərbaycanda radio dinləyicilərinin hüquqlarının qorunmasına və xüsusilə sürücülərin etibarlı radio mənbələrinə rahat çıxışının təmin edilməsinə çalışmalıyıq”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 İyul 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri