Icma.az
close
up
RU
Deputatdan etiraz: “Garo Palyanın tarixi həqiqətləri təhrif edən sərsəm fikirləri…”

Deputatdan etiraz: “Garo Palyanın tarixi həqiqətləri təhrif edən sərsəm fikirləri…”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş millət vəkili, erməni əsilli Garo Palyanın Azərbaycan və Ermənistan münasibətlərindən bəhs edən müsahibəsi Ermənistan və dünya erməniliyinin təcavüzkar, düşmən və işğalçı xislətinin təcəssümüdür”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, erməni siyasətçi manipulyasiyalara və faktların təhrif edilməsi taktikasına əl ataraq rəsmi Bakının Qərbi Azərbaycanla bağlı hərbisizləşdirilmiş siyasi mövqeyini işğal cəhdi kimi qələmə verməyə çalışır: 

“Ölkə rəhbərimiz cənab Prezident İlham Əliyev başda olmaqla, hər bir Azərbaycan rəsmisi Qərbi Azərbaycana qayıdış prosesini beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsinə çalışır. Qərbi Azərbaycanın əzəli torpaqlarımız olması bizim tarixi mənbələrəmizlə yanaşı qonşu dövlətlərin də arxivlərində öz əksini tapır. 1828-ci ildə “Türkmənçay” müqaviləsinin imzalanması və Rusiya imperiyasının İran, Osmanlı imperiyalarına qarşı qazandığı qələbələrdən sonra təkcə 1828-1830-cu illər arasında İrəvan xanlığına 84 min erməninin Osmanlı ərazisindən, 40 ermənin isə İran ərazisindən köçürülməsi bölgənin etnik tərkibini dəyişdirmək məqsədi ilə həyata keçirilən məqsədyönlü siyasət idi. Qeyd etdiklərim sözügedən planın bir hissəsi idi”. 

Deputat vurğulayıb ki, artıq Cənubi Qafqazda fərqli geopolitik mənzərə və Azərbaycanın liderliyində yeni geosiyasi konfiqurasiya formalaşıb: 

“Biz Qərbi Azərbaycana qayıdışla əlaqədar müharibə variantını aktuallaşdırmırıq. Rəsmi Bakının tələbləri beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir. Mülki əhalinin zorla köçürülməsini qadağan edən Cenevrə Konvensiyası, hər bir insanın öz vətəninə qayıtmaq hüququnu təsdiq edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və bununla bağlı BMT-nin digər qətnamələri Garo Palyanın arqumentlərini əsassızlaşdırır. Ancaq Garo Palyan çıxışı zamanı Qarabağı işğal etdiklərini, ölkəsinin və xalqının işğalçı mahiyyətini bir daha sübut etdi. 

Onun revanşist meyllər əsasında səsləndirdiyi fikirlər regionda yeni gərginlik ocaqları yaratmağa hesablanıb. Artıq 5 ildir ki, Ermənistan rəhbərliyi 10 noyabr üçtərəfli Bəyanatını sabotaj edir, vaxt qazanmağa hesablanmış addımlarla mövcud status-kvonu möhkəmləndirməyə çalışır və saxta, absurd alternativlər irəli sürməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır”. 

Günay Ağamalı diqqətə çatdırıb ki, bütün bunlar regional istiqrara, mehriban qonşuluq əlaqələrinin qurulmasına zidd davranışlardır: “Biz erməni xalqının “ziyalılarından” hesab edilən Garo Palyanın çıxışından sonra bir daha onların dəyişmədiyinin şahidi olduq. Palyanın mövqeyi qəbul edilməzdir. Onun tarixi həqiqətləri təhrif edən sərsəm fikirləri normallaşma prosesindən sonra iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf perspektivlərinə zərbə vurur. Belə açıqlamalar regionda sülh və sabitliyə zərər vurmaqdan başqa bir şey deyil”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see263

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see205

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see203

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see158

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri