Icma.az
close
up
RU
Deputatdan İlham Əliyevə doğum günü təbriki

Deputatdan İlham Əliyevə doğum günü təbriki

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident  İlham Əliyevin doğum günü ilə bağlı təbriklərimizi ifadə edərkən, biz sadəcə təqvimdəki bir hadisəni deyil, əslində müasir Azərbaycan tarixinin ən parlaq səhifələrini yazmış, ən ağır sınaqlardan alnıaçıq çıxmış, xalqın və dövlətin taleyini dəyişən böyük bir Liderin keçdiyi tarixi yolu dəyərləndiririk.

Müasir dünyamızda çox liderlər var.

Lakin  ən ağır geosiyasi şəraitdə qlobal güclərin, imperiya keçmişi olan iki qonşu dövlətin və dünya erməniliyinin müqavimətini qırararq azadlıq müharibəsini, diplomatiya və informasiya savaşını birmənalı qazanaraq ölkəsinin suverenliyini və ərazi bötülyünü tam bərpa edən İlham Əliyev kimi ikinci lider, ikinci Prezident və ikinci Ali Baş Komandan yoxdur.

İlham Əliyevin Liderliyini tarixdə bənzərsiz edən yalnız  qazandığı qələbə deyil.
Onu digərlərindən fərqləndirəm əsas məqam həm də odur ki, o, qalib olduğu halda da sülhü seçdi, yerləşdiyi coğrafiyada sabitlik və təhlükəsizliyin əsas təminatçısına çevrildi.

Bu isə yalnız özünə güvənən güclü liderlərə xas olan ali siyasi müdriklikdir.

Müasir dünyada elə bir lider yoxdur ki, hərbi qələbəni siyasi legitimliklə, diplomatik mübarizəni hüquqi əsaslarla, milli iradəni isə beynəlxalq balansla eyni anda və uğurla birləşdirə bilsin,  beynəlxalq hüququn ali normalarının və Təhlükəsizlik Şurasının onilliklər boyu icra edilməyən qətnamələrinin icrasını təkbaşına, yalnız xalqının iradəsinə və ordusunun gücünə arxalanaraq təmin etsin.

Bunu yalnız cənab İlham Əliyev bacardı.

Deportasiya və soyqırımlar yaşamış, məcburi köçkün taleyinə məhkum edilmiş, torpaqları 30 il düşmən tapdağında qalmış, milli kimliyi və heysiyyəti təhqir olunmuş, haqqa və ədalətə inamı sarsılmış bir xalqı yenidən dirçəltmək, 30 illik psixoloji məğlubiyyəti, məğlubiyyət sindromunu və “olmaz” deyilən düşüncə tərzini məğlub etmək, xalqa inamı, dövlətə güvəni və gələcəyə əminliyi qaytarmaq, Azərbaycan xalqını müzəffər xalqa çevirmək son iki yüz ildə yalnız İlham Əliyevə nəsib oldu.

İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və tarixi məsuliyyət daşıyan qərarları Azərbaycanı beynəlxalq arenada nüfuzlu, regionda güc balansını öz xeyrinə dəyişən, qalib strateji baxışa malik və milli maraqlarını heç bir xarici təsir mərkəzindən asılı etməyən müstəqil və güclü dövlətə çevirdi.

Prezident İlham Əliyevin liderliyinə nəzər salarkən onu Ulu Öndər Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Burada söhbət dövlətçilik məktəbinin ardıcıllığından, milli inkişaf strategiyasının davamlılığından və tarixi missiyanın tamamlama mərhələsindən gedir.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətini xilas etdi, sabitliyi bərqərar etdi və gələcək inkişafın strateji əsaslarını formalaşdırdı.

İlham Əliyev isə bu möhkəm siyasi irs üzərində  qalib və suveren Azərbaycanı inşa etdi.

Lakin bütün bunlara baxmayaraq, cənab Prezidnetnə  ictimaiyyətin nümayəndələri tərəfindən dəfələrlə təklif edilsə də, bu misilsiz xidmətlərinə görə hər hansı bir dövlət mükafatının verilməsinə razılıq vermədi.

Prezident İlham Əliyev öz tarixi rolundan hər zaman son dərəcə təvazökar şəkildə bəhs edir. O, bu xidmətlərin qiymətləndirilməsini orden və titullara deyil, tarixin ədalətinə və xalqın yaddaşına həvalə edib. Sanki deyib: “Məni tarix qiymətləndirsin.”

Əgər dünyada başqa bir lider buna yaxın nailiyyətlərə imza atsaydı, çox güman ki, özünə qəhrəman adı verərdi, adına prospektlər, meydanlar, küçələr salınardı, ölkənin ən ali mükafatını öz adına yazdırardı.

Amma İlham Əliyev tam əks yol seçdi.

Bu yol daxili gücün, siyasi kamilliyin və ali mənəvi məsuliyyətin yoludur.

Prezident İlham Əliyev tarix məsələsində haqlıdır.

Çünki O, artıq öz adını tarixə qızıl hərflərlə, silinməz şəkildə yazdırıb.

Bu ad nə ordenlərlə ölçülür, nə də rəsmi titullarla məhdudlaşır.

Bu ad Müzəffər Ali Baş Komandanın adıdır!

Bu, zamanın yox, əbədiyyətin verdiyi qiymətdir.

Azərbaycan xalqı bu gün Müzəffər Ali Baş Komandanla  fəxr edir, sabah da fəxr edəcək.

Müzəffər Ali Baş Komandan, Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı, uzun ömür və qarşısına qoyduğu yeni milli hədəflər yolunda  tarixi nailiyyətlər arzulayıram!

Azay Quliyev Milli Məclisin deputatı

Gununsesi.info

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri