Icma.az
close
up
RU
Deputatdan işsizliklə bağlı təklif: Biz elə etməliyik ki...

Deputatdan işsizliklə bağlı təklif: Biz elə etməliyik ki...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İşğaldan azad edilmiş ərazilər üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturası üzrə hüquqi şəxslər və sahibkarlıq edən fiziki şəxslər idxal zamanı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, "Lisenziyalar və icazələr haqqında" Qanuna edilən bu dəyişiklik çox mütərəqqidir. Məhz bu cür müsbət dəyişikliklər Qarabağ zonasında iqtisadi aktivliyin artmasına səbəb olub.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın müxtəlif şəhər və rayonlarında iqtisadi fəallıq xeyli azalıb, bəzi iş yerləri bağlanıb:

"Bir çox iş adamları rayon və şəhərlərdə zavod və fabriklərini bağlayaraq Qarabağ zonasına yatırım ediblər. Prinsipcə bu yaxşıdır, həm də olduqca narahatedicidir. Çünki Azərbaycanın bir nöqtəsində iş yerlərinin bağlanması və əvəzində digər nöqtəsində açılması nə dövlətin, nə də hökumətin marağında ola bilməz. Ölkəmizin müxtəlif yerlərində iqtisadi fəallığın kəskin azalması müşahidə olunur və xarici sərmayələrin də cəlb olunmasında ciddi problemlər yaşayırıq".

R.Nurullayev əlavə edib ki, dediyi məsələləri nəzərə alaraq, müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə ciddi vergi güzəştlərinin tətbiq edilməsini təklif edir:

"Biz elə etməliyik ki, yerli və xarici sərməyadar pulunu və biznesini Azərbaycana köçürmək istəsin. Bunun üçün ikinci addım olaraq iqtisadi fəaliyyət sahəsində məhkəmə sisteminin 100 faiz şəffaflığına nail olmalı və onlara inamı artırmalıyıq. 

Üçüncü, Vergi Məcəlləsini bütövlükdə yenidən yazmalı və ən azı 60-70 faiz sadələşdirməliyik ki, onu oxuyan iş adamı çətin alqoritmik hesablamalar içində başını itirməsin, sadə dildə onu anlamağı bacarsın. Vahid və sadə bir məcəllə.

Dördüncü bənd olaraq, əmlak toxunulmazlığı faktiki və konkret olaraq toxunulmaz olmalı və bu sahədə zərrə qədər də şübhəyə nə yerli, nə də xarici sərməyadarda şübhə olmamalıdır. Sonda isə ən vacib məqamlardan birini də qeyd edim. 

İş yeri yaradacaq bizneslərin qurulması zamanı infrastruktur xərcləri, yəni qaz, işıq, su, kanalizasiya, torpaq sənədləşməsi, icazələrin alınması böyük xərc aparır. Deyək ki, bir nəfərin 5 milyon manatı var və yatırım etmək istəyir. 

Əgər güzəştli sənaye parklarında edərsə, o zaman yəqin ki, xərclər az olacaq və ona sərf edər. Amma hər kəs də sənaye ilə məşğul olmaq istəmir və yaxud digər şəhər və rayonlarda biznes qurmaq istəyir. 

Bu zaman onun 5 milyonunun demək olar ki, hamısı alqı-satqıya, ödənişlərə və icazələrə gedir. Adamın iş görmək həvəsi elə rüşeymində ölür. Onun üçün də təklif edirəm ki, infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilsin, konkret biznes layihələrini hazır paket şəklində simvolik qiymətə sərmayəçilərə satsınlar. Onların üzərinə isə konkret sərmayə və konkret sayda iş yeri yaratmaq öhdəliyi qoyulsun.

Ümid edirəm ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu təklifimə cavab verəcəkdir".

Vilayət Muxtar
"Cebheinfo.az"

Açar sözlər: Deputat işsizlik

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri