Icma.az
close
up
RU
Deputatdan maraqlı bənzətmə: Qoşa sağsağanlar

Deputatdan maraqlı bənzətmə: Qoşa sağsağanlar

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sosial şəbəkələrdə ağıllı söz danışanlar, faydalı məsləhət verənlər, maraqlı xəbər yayımlayanlar və bir də “öz məharətini göstərənlər” var. 

Müvafiq olaraq ağıllı adamlar ağıllı söz danışanlara qulaq asır, faydalı iş görmək istəyənlər öyüd-nəsihət verən blogerləri izləyirlər. Dünyadan, ölkədən, maraqlı hadisələri tirajlayan  blogerlərin də öz auditoriyası var. 

Bu sırada ən sonuncu gələn “öz məharətini göstərmək istəyən” blogerlərdir ki, onların da çoxu  əsasən monoloq-çıxışları ilə sosial şəbəkə arxivlərini zibilləyib özləri özlərindən həzz alanlardır. Nə qədər ki, sosial şəbəkələr populyarlaşmamışdı, bu qəbildən olan insanlar Londonun Hide Parkındakı “Natiqlər kürsüsü”ndə (Speaker Corner), taburetkanın üstündə çıxış edərdilər. Hide Parka ilk dəfə gələn turistlər şəstlə taburetkaya qalxan “natiqin” sanki nə isə ciddi bir şey danışacağını güman edərək  onun həndəvərində toplaşanda “natiq” gözünü yumub ağzını açardı. 

Nə danışacağını əvvəlcədən bilməyən “natiq” sosial vəziyyətdən şikayətlənməkdən tutmuş Amerika Prezidentinə istefa tələb etməyə qədər ağıla gələn və gəlməyən istənilən şüarı səsləndirə bilərdi. Elə bizdəki kimi. Bu isə turistləri əyləndirir, güldürür və sonda turistlər cibindəki xırda pullardan bir neçəsini taburetkanın qarşısındakı qutuya atıb təbəssümlə oradan uzaqlaşardılar". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu deputat Cavanşir Feyziyev deyib. O bildirib ki, o “natiqlər”  bizim ölkədə olduğu kimi, İngiltərədə də toxunulmaz sayılırdılar:"Cünki İngiltərə höküməti ağıldan kəm adamların hüquqlarının ən ciddi şəkildə qorunduğu bir ölkədir. 

Odur ki, onlar ağlına nə gəlsə danışa bilərdilər, məmurlar da onlara heç bir reaksiya verməz və üstəlik turistləri əyləndirdikləri üçün ürəyinin dərinliyində də olsa, onlara minnətdar olardılar.Sosial şəbəkələr meydana çıxandan bəri vəziyyət dəyişib, artıq "Speaker Corner" boş qalıb, taburetkanı da yığışdırıblar. Öz məharətini göstərmək istəyənlər bütün ölkələrdə, o cümlədən bizdə də sosial şəbəkələrə köçüblər. Bizim parklarda “Speaker Corner” olmasa da, sosial şəbəkələrdə taburetkaya çıxıb monoloq vasitəsilə öz məharətini göstərənlər az deyil. Onlardan da ikisi “ala itdən məşhur”dur. 

Bugünlərdə "YouTube"-da ən son xəbərləri axtararkən növbəti dəfə Əli Kərimlinin qəzəbli sifəti ilə rastlaşdım. Paylaşımın başlığını oxuyanda mən də üzümdə Hide Park turistlərinin təbəssümünü hiss etdim və “natiq”in monoloquna qulaq asmaq qərarına gəldim. Əli Kərimli Hide Parkdakı "Speaker Corner" natiqləri qədər ifadəli monoloq deyə bilməsə də, məzmunundan onları yamsıladığı bəlli oldu.

Əli Kərimli tütün məhsullarının və spirtli içkilərin satış qiymətlərinin artmasını bəhanə gətirərək guya ölkədə sosial gərginliyin artdığını iddia edir. “Pensiyaların kəsildiyini və müavinətlərin azaldığını” iddia edən Əli Kərimli guya milyonlarla azərbaycanlının öz evlərində soyuqdan donduğunu,  az qala adamların küçədə acından öldüyünü iddia edir və bu kimicəfəngiyyatlar danışmaqla bərabər, üstəlik dövləti bir sıra xarici ölkələrlə iqtisadi – ticarət münasibətlərini gücləndirməkdə günahlandırırdı". Deputat deyib ki, Əli Kərimli yalan danışır:

"Pensiyaların azalması haqqında ağ yalan danışan Əli Kərimli deyəsən, unudub ki, onların hakimiyyəti illərində, ümumiyyətlə, ölkədə heç kimə nə maaş, nə də pensiya ödənilirdi. Əli Kərimli hakimiyyətdə olduğu zaman heç bir evə təbii qaz verilmədiyini, Bakının çoxmərtəbəli binalarında odun sobasından istifadə edildiyini  də unudub. 

Xatırlayıram ki, keçənilki monoloqlarından birində Əli Kərimli Azərbaycan hakimiyyətini Çin Xalq Respublikası ilə "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalamaqda günahlandırmışdı və bunu Çinin Kommunist Partiyası tərəfindən idarə olunması ilə izah etmişdi. Vaxtilə hökümətdə ən yüksək vəzifələrdən birini tutmuş adamın belə absurd iddiası gülüşdən başqa nə doğura bilər? Sosial şəbəkədə onun qutusuna nə qədər pul atırlar, bilmirəm. Amma  bu monoloqu Hide Parkda səsləndirsəydi, “kapitalistlər” Əli Kərimlinin qutusuna bir pay yemək üçün yetərli qədər xırda pul atardılar. Cəmi bu qədər. Çünki  Əli Kərimli məntiqinin və siyasətinin dəyəri bir neçə funtdan çox olmazdı. 

O isə “öz məharətini” göstərməkdə davam edir. Pakistana sərmayə qoyulmasını, Gürcüstana qaz satılmasını, Fransanın müstəmləkə ərazilərində yerli xalqlara mənəvi-siyasi dəstəyimizi tənqid edən Əli Kərimli hətta spirtli içki qəbul edib ölənlərin də günahını dövlətin üstünə atmağa çalışır. Amma nəyə görəsə bütün bunlardan danışdığı halda spirtli içkilərdən və digər zərərli vərdişlərdən, ümumiyyətlə, uzaq durmağı “öz xalqına” tövsiyə etmir.  Bilirsiniz niyə? Çünki onun monoloquna qulaq asanlar məhz o qəbildən olan başı daim dümanlı olanlardır. Onların qulaqlarını oxşayacaq sözlər söyləməsə tamamilə tək qalacağından qorxur. 

Hərçənd burada da qorxulu bir şey yoxdur. Hətta bir gün Azərbaycandakı bütün başı dumanlılar da Əli Kərimlini dinləməkdən imtina etsələr, onu dinləyəcək və absurd iddialarında ona dəstək səsini çıxaracaq birisi həmişə var – Hide Parkı tez-tez ziyarət edib kənardan həsrətlə “Speaker Corner” taburetkasına baxan “Kama-sutra elmləri doktoru” Cəmil Həsənli son nəfəsinə qədər onunla səs-səsə verib çığıracaq. 

Bu cılız çığırtılar təbiətdə əkiz quşlar kimi tanınan sağsağanların “həyasızlığını” xatırladır. Kiçik meşələrdə, parklarda, bağlarda, insanlara yaxın yerlərdə məskunlaşan, tez-tez yüksək səslə çığıra-çığıra ağacdan ağaca uçan və hətta tez-tez öz yuvalarını belə dağıtmaqdan vaz keçməyən sağsağanlar adətən sıx meşələrdən çəkinirlər. 

Əli Kərimli və Cəmil Həsənli kimiləri isə anlamırlar ki, siyasət də elə bir növ sıx meşədir və  bu meşədə sağsağanlara yer yoxdur".

"Cebheinfo.az "

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri