Deputatdan nazirə: Məni onların qarşısında niyə utandırırsan?
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
“Mədəniyyət naziri Adil Kərimlinin fəaliyyətindən narazıyam. Mən ötən il büdcə müzakirəsində dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 1987-ci ildə tikilən binada cəmləşib. Üzr istəyirəm e, bu 32 nəfərdən ibarət iki kollektivin sanitar qovşağı yoxdur. İnsanlar zəruri ehtiyaclarını ödəmək sağa-sola, önə-arxaya, evlərə girirlər, xahiş edirlər, yalvarırlar. Yekə kişisən, bunu keçən il demişəm də sənə?”
Ölkə.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.
O, Mədəniyyət Nazirliyinə bu məsələ ilə bağlı müraciət edib:
“Mən deputatam, onlarla qarşılaşıram, məni onların qarşısında niyə utandırırsan? Üstündən bir il keçib, heç nə yolunda deyil. Sən nazir olaraq, hamıya aiddir, yaşından asılı olmayaraq bu camiənin ağsaqqalısan, böyüyüsən, onlar da sənin ailə üzvlərindir. Sən bunu həyata keçirə bilərsən axı. Təmir-tikinti bərpa təşkilatı ilə müqavilə bağlayın, tikib qurtarsınlar da. Mən bunu Adil Kərimliyə bağışlayaram? Hanı sənin adilliyin, hanı sənin kərimliliyin?”
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















