Icma.az
close
up
RU
Deputatdan polisi tənqid edənlərə İRAD

Deputatdan polisi tənqid edənlərə İRAD

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Son dövrlər sosial şəbəkələrdə və müxtəlif platformalarda hüquq-mühafizə orqanları, xüsusilə də Daxili İşlər Nazirliyi ətrafında aparılan müzakirələr ciddi narahatlıq doğurur. Mən burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm: 

dövlətin dayaqlarından biri olan hüquq-mühafizə sisteminin məqsədli şəkildə gözdən salınması heç vaxt təkcə bir quruma qarşı kampaniya olmur. Bu, nəticə etibarilə dövlətə, ictimai sabitliyə və milli təhlükəsizlik mühitinə zərbə vurur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bir çox ölkələrdə inqilabi proseslərin və xaosun başlanğıcı məhz dövlət institutlarına inamın sistemli şəkildə sarsıdılması ilə başlayıb:

“Əvvəl polis hədəfə alınır, sonra məhkəmə, sonra ordu, sonra isə artıq cəmiyyət daxilində “dövlət zəifdir” düşüncəsi formalaşdırılır. Bu isə ən təhlükəli mərhələdir.

Mən demirəm ki, problem yoxdur. Problem hər yerdə, hər ölkədə var. Dünyanın ən inkişaf etmiş dövlətlərində də hüquq-mühafizə sistemində nöqsanlar olur, vətəndaş narazılığı olur, sui-istifadə halları olur.

Amma əsas məsələ problemlə necə davranmaqdır. Biz problemləri həll etmək istəyirik, yoxsa onu emosional şəkildə böyüdüb cəmiyyətlə dövlət arasında uçurum yaratmaq istəyirik?

Bu gün sosial şəbəkələrdə bəzən bir hadisə araşdırılmadan, hüquqi qiymət verilmədən, emosional videolar və çağırışlarla təqdim olunur. Nəticədə isə insanlar arasında aqressiya artır, dövlət institutlarına etimad zədələnir.

Halbuki istənilən məsələni qanun çərçivəsində, institutlar daxilində, masa arxasında və bağlı qapılar arxasında müzakirə etmək daha sağlam yanaşmadır”. 

R.Nurullayev əlavə edib ki, dövlət idarəçiliyi küçə emosiyası ilə deyil, hüquqi mexanizmlərlə aparılmalıdır:

“Tənqid olmalıdır, amma dağıdıcı yox, düzəldici olmalıdır. Əgər hansısa əməkdaş qanunu pozursa, bunun üçün daxili nəzarət mexanizmləri, məhkəmələr, prokurorluq və digər qurumlar var. Amma bütöv sistemi hədəfə almaq, minlərlə vicdanla çalışan polisi bir neçə hadisəyə görə ittiham etmək olmaz.

Biz unutmamalıyıq ki, polis yalnız forma geyinmiş dövlət qulluqçusu deyil. Polis gecə küçədə təhlükəsizliyi təmin edən, cinayətkarla üz-üzə qalan, şəhid verən bir sistemdir.

Bu sistemi zəiflətmək istəyənlər isə heç vaxt əllərini-qollarını sallayıb kənar müşahidəçiyə çevrilmirlər. Dövlət zəifləyən kimi radikalizm, xaos, xarici təsir və küçə anarxiyası güclənir.

Hesab edirəm ki, cəmiyyətin bütün təbəqələri - siyasətçilər, media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçiləri daha məsuliyyətli davranmalıdır.

Tənqid edək, amma dövlətçiliyi sarsıtmayacaq formada. Problemi deyək, amma onu düşmənçilik kampaniyasına çevirməyək. Çünki güclü dövlət institutları olmayan yerdə nə demokratiya olur, nə təhlükəsizlik, nə də sabit gələcək”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri