Icma.az
close
up
RU
Deputatdan şok açıqlama: “Yeraltı sərvətlər xalqın deyil”

Deputatdan şok açıqlama: “Yeraltı sərvətlər xalqın deyil”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın Ali Radasının deputatı, hakim “Xalqın xidmətçisi” partiyasından olan Georgi Mazuraşu deyib ki, ölkədəki yeraltı sərvətlər xalqın deyil və o, əhalinin ABŞ ilə imzalanacaq razılaşmaya görə niyə narahat olduğunu başa düşmür.

"Cebheinfo.az" xəbər verir ki, Mazuraşu bu mövzu barədə həm öz seçiciləri, həm də Prezidenti Volodimir Zelenskinin seçiciləri ilə tez-tez müzakirə etdiyini deyib.

“İnsanlar tez-tez deyir ki, bu yeraltı sərvətlər xalqındır. Mən isə cavab verirəm ki,  Konstitusiyada bu sərvətlərin xalqın mülkiyyəti olduğu yazılmayıb, söhbət mülkiyyət hüququndan yox, tamam fərqli bir anlayışdan gedir. Seçicilərlə belə danışırıq, ölkənin müxtəlif bölgələrində faydalı qazıntılar var. Axı biz o qazıntıları orada yerləşdirmişik ki, deyək bizimdir? Mən Çernovtsidə yaşayıram, başqa bir vilayətdəki sərvətə niyə iddia etməliyəm?”, – deyə o, “Superpozisiya” adlı ukraynalı "YouTube" kanalına müsahibəsində qeyd edib.

O əlavə edib ki, əgər Ukraynanın kifayət qədər gücü, resursu və imkanı olsaydı, ölkə bu qazıntıları satmağa və ABŞ ilə razılaşma imzalamağa ehtiyac duymazdı:

“Əgər bu məsələ sizi doğrudan da bu qədər narahat edirsə, silah götürün, cəbhəyə gedin, şərqi, cənubu qoruyun”.Qeyd edək ki, aprelin 17-si axşam saatlarında Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı gələcək razılaşma çərçivəsində birgə memorandum imzalayıblar.

Bu sənəddə hər iki tərəfin iqtisadi əməkdaşlıq və investisiya fondu yaradılması ilə bağlı yekun sazişi imzalamağa hazır olduğu göstərilir. 

Razılaşmanın detalları və fondun necə işləyəcəyi ayrıca sənəddə təsbit olunacaq. Ukraynanın iqtisadiyyat nazirinin müavini, ölkənin ticarət nümayəndəsi Taras Kaçka bildirib ki, layihədə ABŞ-a hər hansı bir borcdan bəhs olunmur, amma göstərilən yardımın kompensasiya olunması üçün mexanizm nəzərdə tutulur.

Xatırladaq ki, bu razılaşma əslində fevralın 28-də imzalanmalı idi, lakin Zelenski ilə Tramp arasında Ağ Evdə yaşanan gərginlik səbəbindən təxirə düşmüşdü.Martın 27-də Kiyev ABŞ-dən sənədin yeni və daha sərt versiyasını aldığını açıqlamışdı. Bundan sonra danışıqlar yenidən başlayıb. Tramp isə açıq şəkildə xəbərdarlıq edib, əgər Zelenski bu razılaşmadan yayınmağa çalışsa, ciddi mənfi nəticələrlə üzləşəcək.

Səbinə Uğur
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri