Icma.az
close
up
RU
Deputatdan sökülən evlərlə bağlı TƏKLİF

Deputatdan sökülən evlərlə bağlı TƏKLİF

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Qlobal iqtisadiyyatdakı volatilliyə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı hesabatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, iqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri-neft və qaz sektoru hesabına əldə edilməsidir:

“Bu o deməkdir ki, qeyri-neft və qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri-neft və qaz sektorunda isə 2,7 faiz artmışdır”.

O bildirib ki, sənayedə qeyri-neft və qaz sektorunun artım tempi daha yüksək olmuşdur:

“Ötən il sənayenin qeyri-neft və qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri-neft və qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir.

Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir.

2026-cı ildə qeyri-neft və qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə təxminən 70 faizini formalaşdıracaq. Bu isə iqtisadi artımda qeyri-neft və qaz sektorunun əsas drayverə çevrilməsindən xəbər verir.

2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar və ya 19,8 % artaraq 85,1 milyard ollara çatıb. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları 5,1 % artaraq ilin sonunda 11,5 milyard dollar təşkil edib.

Azərbaycan dünyada az saylı dövlətlərdəndir ki, valyuta ehtiyatları ÜDM-i üstələyir. Valyuta ehtiyatlarımız ÜDM-dən 12 faiz çoxdur və bu regional geosiyasi təhdiddləri artdığı dövrdə ciddi “təhlükəsizlik yastığı”dır”.

Deputat əlavə edib ki, 2025-ci il 3 milyondan çox vətəndaşımızı əhatə edən sosial paketin icrası ilə yadda qaldı:

“Cənab Prezidentin rəhbərliyi ilə realaşan sosial paketin icrasına əlavə olaraq 1.4 milyard manat vəsait ayrıldı. Hökumət ilə qanunverici orqan arasında əməkdaşlıq platforması 2025-ci ildə də güclənmişdir.

Təmsil olunduğum iqtisadi və sosial istiqamətlər üzrə profil dövlət qurumları müraciətlərimizi çevik cavablandıraraq göndərdiyimiz soğrulara dəstək olmağa çalışırlar. Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə təşkil edilən ictimai dinləmələr isə hökumət və parlament əməkdaşlıq platformasını daha da gücləndirmişdir.

2025-ci il həmçinin keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarında intensiv məskunlaşması ilə yadda qaldı. Milli Məclisdə təmsil etdiyim Füzuli rayonu daxil olmaqla Qarabağ və Şərqi Zəngəzur cənab Prezidentin rəhbərliyi ilə bərpa edilir və yenidən qurulur.

Dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək”.

Vüqar Bayramov onlara daxil olan müraciətlərə uyğun olaraq bir sıra məsələləri hökumətin diqqətinə çatdırıb:

“Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı. Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır. 

Məsələn, bəzi evlərin sahələri 30, hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur.

Bu baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı.

Bu ilin yanvar ayında Füzuli rayonunda keçirilən illik hesabat yığıncağında sakinlər tərəfindən qeyd olunan məsələlərdən biri də Qaydışı qəsəbələrin içməli su təminatı ilə bağlı idi.

On mindən çox sakini olan Qayıdışı qəsəbələrinin içməli su təminatı ilə bağlı artıq işlərə başlanılmışdır. Cənab Baş nazir, sakinlərin müraciətini nəzərə alaraq, Sizdən bu prosesin sürətlənməsinə dəstək olmağınızı xahiş edirəm”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see435

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see277

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see276

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see264

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see260

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see259

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see259

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see257

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see255

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see251

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see230

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see207

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see206

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see203

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see194

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see180

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see174

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see167

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri