Icma.az
close
up
RU
DEPUTATDAN TƏKLİF: Onkoloji sahədə həkim və dərman reklamı qadağan edilsin

DEPUTATDAN TƏKLİF: Onkoloji sahədə həkim və dərman reklamı qadağan edilsin

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Bu gün müzakirə etdiyimiz dəyişikliklərin mahiyyəti sadədir: onkoloji yardım sistemi yalnız dövlət müəssisələri ilə məhdudlaşmamalı, lisenziyalı və tələblərə cavab verən özəl tibb müəssisələri də bu sistemə qoşulmalıdır. Bu, düzgün istiqamətdir. Amma mən hesab edirəm ki, burada əsas məsələ qanunun qəbul olunması yox, onun necə işləyəcəyidir”.

Gununsesi.info xəbər verir kibunu Milli Məclisin deputatu Razi Nurullayev Milli Məclisin iclasında çıxışında deyib:

“Çünki səhiyyədə ən təhlükəli şey kağız üzərində ideal görünən, amma praktikada boşluqlarla dolu mexanizmdir.

Əgər özəl müəssisələr sistemə qoşulursa, burada 3 əsas mexanizm aydın və sərt olmalıdır.

Birincisi – lisenziyalaşma formal yox, real olmalıdır. Avadanlıq var deyə yox, onkoloji protokollara uyğun işləyə bilən komanda, laborator baza, reanimasiya imkanı, bacarıqlı həkim heyəti olan müəssisələr buraxılmalıdır. Əks halda biz klinika adını daşıyan, amma real onkoloji yükü daşıya bilməyən strukturlar yarada bilərik.

İkincisi – dövlət nəzarəti və vahid standartlar. Xəstə dövlət klinikasında hansı protokolla müalicə alırsa, özəl müəssisədə də eyni kliniki qaydalar tətbiq olunmalıdır. Onkologiyada fərdi “təcrübə” yox, protokol işləyir. Əks halda sistem parçalanar, keyfiyyət fərqi yaranar, zərəri isə xəstə çəkər.

Üçüncüsü – maliyyə mexanizmi şəffaf olmalıdır. Dövlət büdcəsindən ayrılan vəsait xəstənin arxasınca getməlidir, klinikanın arxasınca yox. Yəni məqsəd müəssisəni yox, xəstəni maliyyələşdirmək olmalıdır. Bu zaman sistem sosial ədaləti qoruyar.

Amma burada çox həssas bir məsələ var. 

Biz səhiyyəni bazar modelinə açırıqsa, paralel olaraq onu reklam bazarından qorumalıyıq. Mən hesab edirəm ki, dərmanların və həkimlərin reklamının qadağan olunması prinsipi daha sərt qorunmalıdır.

Çünki onkoloji xəstə adi istehlakçı deyil. O, psixoloji cəhətdən ən zəif vəziyyətdə olur. Reklam isə emosiyaya təsir edir, qorxu və ümid üzərindən qərar formalaşdırır. Bu isə tibbi qərarı elmi əsasdan çıxarıb psixoloji manipulyasiya alətinə çevirir.

Həkim brend ola bilməz. Həkim etimad, peşəkarlıq və etik məsuliyyət simvoludur. Dərman isə məhsul deyil, həyatla bağlı vasitədir. Onların reklam obyektinə çevrilməsi səhiyyəni informasiya yarışına, reytinq mübarizəsinə və kommersiya təzyiqinə salır. Bu isə səhv müalicə seçiminə, lazımsız prosedurlara və xəstənin maddi istismarına qədər açıq-açıqcasına gedə bilir.

Biz özəl sektoru sistemə buraxırıqsa, bu, rəqabət keyfiyyət üzərində olmalıdır, reklam üzərində yox”.

Deputat tibb sahəsində dərman və həkimlərin reklamının birdəfəlik qadağan olunması ilə bağlı təklif irəli sürüb:

“Bu qanun doğru istiqamətdə addımdır. Amma onun gücü mətnində yox, mexanizmində olacaq. Güclü nəzarət, vahid standart, şəffaf maliyyə və reklamdan uzaq, etik səhiyyə mühiti — yalnız bu halda bu dəyişiklik həqiqətən xəstənin xeyrinə işləyəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Fevral 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri