Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Yol nəqliyyat hadisələrin sayı

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Deputatdan təklif: Özəl tibb müəssisələri üzərində monitorinqlər daha da gücləndirilməlidir

Deputatdan təklif: Özəl tibb müəssisələri üzərində monitorinqlər daha da gücləndirilməlidir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Cərrahiyə sahəsində ali təhsili olmayan şəxslərin cərrahi əməliyyat etməsi, əməliyyat zamanı gigiyenik qaydalara əməl etmədən tibbi cihazlarla rəqs etməsi, narkozda olan pasiyentin yanında qəribə hərəkətləri və onun razılığı olmadan bədəninin bir hissəsinin çəkilib ictimaiyyətə sızdırması - həm etik, həm də hüquqi məsuliyyət doğuran çox ciddi pozuntudur".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, cərrahi prosedurun edildiyi tibb müəssisəsinin nə lisenziyası var, nə də ki, əməliyyatı icra edən şəxs tibb mütəxəssisidir:

"Bu isə ciddi inzibati və cinayət məsuliyyəti yaradır. Əgər bu hərəkətlər pasiyentin ləyaqətini alçaldan davranış kimi qiymətləndirilərsə, cinayət məsuliyyəti yarana bilər.

Pasiyentin bədən görüntüsünün icazəsiz çəkilməsi və yayılması, Azərbaycan Respublikasının qanunvericiliyinə görə şəxsi həyatın toxunulmazlığının və "həkim sirri"nin qorunması hüququnun açıq şəkildə pozulmasıdır".

"Həkim peşəsi yüksək dərəcədə etimad üzərində qurulub, çünki insanlar bu şəxslərə sağlamlıqlarını əmanət edir. İnsan sağlamlığını qorumaq və bərpa etmək funksiyası həkimə yalnız peşəkar yox, həm də mənəvi status qazandırır. Etimadın pozulması isə bu statusu zədələyir, pasiyentin həkimə müraciət edərkən duyduğu təhlükəsizlik və inam hissini zəiflədir.

Görüntülərin sosial şəbəkələrdə yayılması tibbi etikanın ən əsas prinsiplərinə, pasiyentin ləyaqətinə hörmət, məxfilik və peşə davranışına ziddir. Bununla bağlı əvvəlcədən pasiyentdən yazılı olaraq məlumatlı razılıq forması alınmayıbsa, bu cür davranış onun insani hüquqlarını tapdalamaqla yanaşı, bütün səhiyyə sisteminə ictimai etimadı zəiflədir.

Bu cür hadisələr onu göstərir ki, müvafiq dövlət qurumları bir-biri ilə daha sıx işləməlidir. Lisenziyasız tibb müəssisəsində insanlar üzərində cərrahi əməliyyatlar aparılırsa, burada günah təkcə əməliyyatı icra edən şəxsdə deyil, ona bu imkanı yaradanlardadır. Bu kimi hallar az deyil", - deyə millət vəkili vurğulayıb.

Parlamentari əlavə edib ki, bu cür halların qarşısının alınması üçün başlıca olaraq özəl tibb müəssisələri üzərində monitorinqlər daha da gücləndirilməli, baş verən etik pozuntular barədə ictimaiyyətə mütəmadi məlumat verilməli, onlar qınanılmalı və məsul şəxslər cəzalandırılmalıdırlar:

"Çünki hər qınaq həm də cəmiyyətin maarifləndirilməsinə xidmət edir.

Bundan başqa, praktiki tibb və əczaçılıqla məşğul olan və olmaq istəyən şəxslər mütəmadi olaraq etik davranış mövzusunda təlimlər keçməli və etik davranış kodeksi ilə bağlı maarifləndirilməlidirlər. Pasiyent hüquqları barədə məlumatlandırmanın gücləndirilməsi də eyni dərəcədə vacibdir. Vətəndaşlarımız ayıq-sayıq olmalı, müraciət edəcəkləri tibb müəssisəsinin və eləcə də həkimin fəaliyyətinin qanuni çərçivədə olub-olmamasını öncədən sorğulamalı, sağlamlıqlarını "dost tövsiyyəsi"nin güdazına verməməli, sosial şəbəkələrdə aparılan reklam kampaniyalarına aldanmamalı və ilk növbədə həkimin bilik və təcrübəsinə bələd olmalıdır".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see237

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see202

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see199

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see173

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see159

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see158

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see153

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see147

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see146

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see143

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see142

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see141

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see138

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see137

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see135

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see128

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri