Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı: Borc əvəzinə... FOTO
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
VII çağırış Milli Məclisin deputatı seçilən Əlibala Məhərrəmzadə Qubadakı məşhur “Şahdağ Turuskavets” Sanatoriyasını borc əvəzinə təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə “gununsesi.info”-ya iş adamına yaxın mənbələr bildirib.
Xatırladaq ki, hələ parlament seçkilərindən öncə sayt Əlibala Məhərrəmzadəni külli miqdarda borc içində olduğunu yazmışdı.
Yeni məlumata görə, borc problemini həll edə bilməyən deputat sonda məşhur obyektini təhvil verməli olub. Həmin obyektin 20 milyon manat dəyərində olduğu bildirilir.
Məsələ ilə bağlı Əlibala Məhərrəmzadənin özünün mövqeyini öyrənmək mümkün olmayıb.
Baxış sayı:79
Bu xəbər 10 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















